Şamaxıda torpaq sürüşüb, 2 ailə evini tərk edib

Şamaxıda torpaq sürüşüb, 2 ailə evini tərk edib
Şamaxı rayonunda torpaq sürüşməsi baş verib. "Report"un Şirvan bürosunun xəbərinə görə, şəhərin Aşıq Məmmədağa küçəsində 2 hektar sahə sürüşməyə məruz qalıb, 7 ev təhlükə altına düşüb. Son bir həfdədə hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb. Sözü gedən ərazidə iki evin daş hasarı uçub, həyətyanı sahələrdəki yarğanlar gündən günə genişlənir.

Ev sahibləri gecəni öz evlərində keçirməyə qorxurlar. Evlərin bünövrəsi baş verən sürüşməyə tab gətirmiyərək uçur.
Evlərdəki çatlar isə artmaqdadır. Hazırda iki evin sakinləri təhlükə səbəbindən evini tərk edib. Hadisə ilə bağlı Şamaxı Rayon Fövqəladə Hallar Homissiyası əraziyə baxış keçirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
695 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...