Füzuli istiqamətində Ermənistan ordusu yenə itki verdi

Füzuli istiqamətində Ermənistan ordusu yenə itki verdi

Bu gün aprelin 28-də, 09.30 radələrində təmas xəttinin cənub istiqamətində erməni silahlı qüvvələrinin daha bir əsgəri məhv edilib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, qondarma “DQR müdafiə nazirliyi” hərbi qulluqçu Mqer Feliksoviç Arzumanyanın (1998) aldığı güllə yarasından öldüyünü bildirib. Atəşin Azərbaycan ordusunun həmin istiqamətdəki mövqelərindən açıldığı bildirilir.

Xatırladaq ki, erməni ordusunun son bir həftə ərzində verdiyi 5-ci əsgər itkisidir. Bundan əvvəl düşmən ordusunun iki əsgəri təmas xəttinin Talış və Ağdam istiqamətlərində vurulub. Daha iki əsgərin isə “qeyri-döyüş şəraitində” öldüyü açıqlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
855 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...