Mərkəzi Bankın mənfəəti 14 dəfə azalıb

Mərkəzi Bankın mənfəəti 14 dəfə azalıb


Azərbaycan Mərkəzi Bankı (AMB) 2016-cı ildə aktivlərini 35,1% artıraraq 25 mlrd. 564,063 mln. manata çatdırıb. "APA-Economics" xəbər verir ki, bu barədə "PricewaterhouseCoopers Azerbaijan" şirkəti tərəfindən aparılan audit hesabatında qeyd edilib.

AMB-nin aktivlərinin strukturuna gəlincə, burada nağd vəsaitlərin payı 5 mlrd. 885,213 mln. manat (+1,7%), investisiya qiymətli kağızlarına investisiyaların payı 10 mlrd. 522,619 mln. manat (+2,8 dəfə), ticari qiymətli kağızlara investisiyaların payı 4 mlrd. 212,232 mln. manat (+50,3%) təşkil edir.

2017-ci ilin yanvarın 1-nə AMB tərəfindən qeyri-rezidentlərə verilən kreditlərin həcmi 4 mlrd. 61,362 mln. manat (-30,1%) olub.

Ötən ilin sonuna Mərkəzi Bankların öhdəlikləri 19 mlrd. 691,594 mln. manata (+46,3%) çatıb. Burada dövriyyədə olan əskinaslar və sikkələrin payı 6 mlrd. 960,778 mln. manat, rezident bankların qısamüddətli depozitlərinin payı 5 mlrd. 922,278 mln. manat, hökumət idarələri qarşısında öhdəliklərin payı 2 mlrd. 697,269 mln. manat, kredit təşkilatları qarşısında öhdəliklərin payı 3 mlrd. 225,104 mln. manat təşkil edib.

AMB-nin nizamnamə kapitalı dəyişməyərək 500 mln. manat olub. Bununla yanaşı, tənzimləyicinin kapitalı 7,4% artaraq 5 mlrd. 872,469 mln. manata çatıb.

Ötən il ərzində Mərkəzi Bankın xalis mənfəəti 13,8 dəfə azalaraq 401,664 mln. manat təşkil edib. Qeyd edək ki, AMB-nin 2015-ci ili 5 mlrd. 531,12 mln. manatlıq xalis mənfəətlə başa vurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...