"Hələ də “ləzgi dəlləyi” tapıb, sünnət etdirənlər var" - Azərbaycanın baş pediatrı

"Hələ də “ləzgi dəlləyi” tapıb, sünnət etdirənlər var" -


Səhiyyə Nazirliyi Masallıda 5 yaşlı oğlanın sünnət olunarkən ölməsi hadisəsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, respublikanın baş pediatr Nəsib Quliyev bildirib ki, sünnət əməliyyatını ara həkimi deyil, uşaq cərrahı və yaxud uroloqu aparmalıdır: “Düşünürlər ki, sünnət 5 dəqiqəlikdir, amma belə deyil. Reallıq göstərir ki, sünnətin ölüm kimi ağır fəsadları ola bilər. Bu fəsadların əmələ gəlməsinin ilkin səbəbi sünnət əməliyyatının qeyri-professional şəxslər tərəfindən, uşaqları müayinə etməmiş, müvafiq şərait olmayan bir vəziyyətdə icra edilməsidir. Səhiyyə Nazirliyinin və tibb işçilərinin əhaliyə tövsiyəsi odur ki, sünnəti professional mütəxəssis, həkimlə etdirsinlər. Onda belə xoşagəlməz halların qarşısı alınacaq. Hələ də “ləzgi dəlləyi” tapıb, sünnət etdirənlər var. Bəziləri tibb işçilərini günahlandırır. Bunu da qəbul edirəm, amma ondan qabaq uşağın valideynlərini günahlandırmaq lazımdır”.

N. Quliyev qeyd edib ki, uşaqlar bir qayda olaraq 2 yaşa qədər və ya 5 yaşdan sonra sünnət olunmalıdırlar. Bunun tibbi izahının olduğunu deyən baş pediatr bildirib ki, 2-5 yaş arası uşaqlarda qorxu və stress baş verir: “2 yaşlı uşaqlar sünnətin mahiyyətini anlamır. 5 yaşdan sonra uşaqları isə həkim başa salır ki, bu qorxulu bir şey deyil və vacibdir. Uşaqları heç vaxt 40-ı çıxmadan sünnət etdirmək olmaz. Təəssüf ki, insanlar təkidlə özəl müəssisələrdə sünnət etdirirlər. Dərk etmirlər ki, hələ təzə dünyaya gəlmiş uşağın adaptasiyası tam yekunlaşmamış bu əməliyyatı etmək olmaz. Dünyada uşaqların neonatal, yenidoğulma dövrü ilə bağlı iki fikir mövcuddur. Bir xristian dünyasının təklif etdiyi 28 gün, birdə müsəlman dünyasının təklif etdiyi 40 gün. Amma elmi araşdırma göstərir ki, müsəlman dünyasında qəbul olunmuş daha doğru variantdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
985 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...