"Azər-Türk Bank"ın Audit Komitəsinin sədri və atası eyni gündə vəfat edib

"Azər-Türk Bank"ın Audit Komitəsinin sədri və atası eyni gündə vəfat edib


"Azər-Türk Bank" ASC-nin Audit Komitəsinin sədri Fuad Gəncəliyev vəfat edib. "APA-Economics" xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda deyilir.

F.Gəncəliyev həmçinin Maliyyə Nazirliyinin sektor müdiri olub. Nazirliyin yaydığı elandan məlum olur ki, F.Gəncəliyevlə yanaşı, onun atası Cəmaləddin Gəncəliyev də eyni gündə dünyasını dəyişib. Qurum hər iki şəxsin vəfatı ilə əlaqədar başsağlığı verib.

Qeyd edək ki, F.Gəncəliyev 43 yaşında dünyasını dəyişib. Onun xərçəngdən əziyyət çəkdiyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...