Kobud etik qaydaları pozan bələdiyyə üzvü məsuliyyə daşıyacaq

Kobud etik qaydaları pozan bələdiyyə üzvü məsuliyyə daşıyacaq


Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında "Bələdiyyələrin etik davranış qaydaları haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. "Report"un xəbərinə görə, qanun layihəsi 3 fəsil, 27 maddədən ibarətdir. Bu qanun bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini, və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanun layihəsinə əsasən, etik davranış qaydalarının pozulması bələdiyyə üzvünün intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

Qanunun müddəalarının bələdiyyə üzvü tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslərdən şikayət yaxud digər məlumatın daxil olması, kütləvi informasiya vasitələrində bələdiyyə üzvü tərəfindən bu qanunun müddəalarının pozulmasına və maraqların toqquşmasına yol verildiyi barədə məlumatın dərc edilməsi intizam icraatının başlanılmasına səbəb ola bilər.

İntizam icraatı zamanı bələdiyyə üzvü tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, bu barədə cinayət təqibi orqanına məlumat verməlidir. Bələdiyyə iclasının qərarı əsasında etik davranış qaydalarının pozulmasına görə intizam məsuliyyəti tədbirlərindən biri kimi xəbərdarlıq, töhmət verilə bilər. İntizam tənbehi tətbiq edilərkən, bələdiyyə üzvünün şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır.

Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü barəsində intizam məsuliyyəti tədbiri pozuntunun aşkar edildiyi gündən etibarən 30 gün ərzində tətbiq edilir. Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
841 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...