İordaniyadan Türkiyəyə ağır zərbə- “İNCİRLİK” AVİABAZASINA ALTERNATİV TAPILDI
İordaniya kralı Abdulla Almaniyaya müraciət edərək, öz ərazilərində alman qırıcı təyyarələrini yerləşdirməyə hazır olduğunu bəyan edib.
Gununsesi.info DW-yə istinadən xəbər verir ki, İordaniya kralı Abdulla Almaniyaya NATO-nun Türkiyədəki “İncirlik” hərbi bazasındakı Tornado qırıcılarının, yanacaq dolduran alman təyyarələrini öz ərazisində yerləşdirməyə hazır olduğunu təklif edib.
Bu barədə məlumat verən Almaniyanın müdafiə naziri Ursule fon der Lyaen bildirib ki, İordaniya kralı Abdulla hər cür dəstək verəcəyinə söz verib. Almaniyanın müdafiə naziri bu məqsədlə artıq İordaniyaya səfər edib və oradakı “El-Azrak”aviabazası ilə yaxından tanış olub.
Alman nazir deyib ki, İordaniyadakı bazada gördükləri gözlədiyindən də yaxşı olub. Onun fikrincə, İordaniyadakı aviabaza “İncirlik” aviabazasına alternativ ola bilər. Alman nazir onu da əlavə edib ki, İordaniyadakı bazada təkcə iordanlar deyil, eyni zamanda Amerika, Niderland və Belçika hərbçiləri xidmət edir.
Qeyd edək ki, “İncirlik” hərbi bazasında 260 alman təyyarəsi yerləşdirilib.
976 dəfə oxundu