Yol polisinin avtomobilləri evakuatorla aparmasına dair yeni qayda müəyyənləşib

Azərbaycanda qanunla müəyyən edilmiş hallarda Yol-patrul xidməti (YPX) inspektoru tərəfindən evakuatorun (təxliyyə avtomobili) tətbiqinə dair yeni qayda müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının qəbul etdiyi və mayın 19-da qüvvəyə minmiş “Yol-patrul xidməti haqqında Təlimat”ında əksini tapıb.

YPX inspektoru tərəfindən evakuator (təxliyyə avtomobili) aşağıdakı qaydada tətbiq edilir:

- dayanma və ya durma qaydaları pozulmaqla küçə və yollarda tıxac yaratmış və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması məqsədilə istifadəsində olan bort-kompüter vasitəsilə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edir;

- YPX inspektoru radio-cihaz vasitəsilə qayda pozuntusu barədə növbətçi hissəyə məlumat verir və həmin yerə evakuator çağırır. Evakuatorun tətbiq edilməsi ilə bağlı məlumatlar “Evakuatorla təxliyyə olunan nəqliyyat vasitələrinin qeydiyyatı jurnalı”nda qeydə alınır;

- YPX inspektoru “Nəqliyyat vasitəsinin duracağa göndəriş vərəqəsi”ni doldurur (avtomobilin banında görünən zədələr və nəqliyyat vasitəsinin sahibinin məlumatlandırılması üçün görülmüş tədbirlər barədə göndəriş vərəqəsində qeydlər etməklə) və evakuatorun heyətinə təqdim edir;

- göndəriş vərəqəsinin əsasında evakuatorun heyəti nəqliyyat vasitəsini duracağa aparır.

- Nəqliyyat vasitəsinin evakuatora yüklənməsi əməliyyatı başlandıqda, habelə nəqliyyat vasitəsi yükləndikdən sonra nəqliyyat vasitəsinin sürücüsü həmin yerə yaxınlaşdıqda nəqliyyat vasitəsinin duracağa göndərilməsinə yol verilmir.

- Evakuator yol-nəqliyyat hadisəsi nəticəsində sıradan çıxmış nəqliyyat vasitələrinin aparılması, habelə xüsusi tədbirlərin keçirildiyi ərazilərdə sahibsiz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədilə də istifadə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
743 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...