Elsad Abdullayev Kiprdəki mülkünü neçəyə satır? - VİDEO

Elsad Abdullayev Kiprdəki mülkünü neçəyə satır? -


Pravdainfo.org-un elektron poçtuna daxil olmuş və aşağıda təqdim ediləcək məktub Avropada yaşayan mühacir həmyerlilərimiz tərəfindən göndərilib. Maraqlıdır ki, məktub «Hörmətli «Kaspi», xahiş edirik, bu yazını diqqətlə oxuyub sonra qərarınızı verəsiniz» giriş sözləri ilə başlayır. Amma nədənsə, bizə göndərildiyindən elə özümüz diqqətlə oxumalı olduq və dəhşətli faktlarla qarşılaşdıq…

Yazıya foto və videokadrlar, linklər də əlavə olunub. Bir sözlə, mötəbər sübutlarla zəngin bir məktub. Məktubdan bəlli olur ki, keçmiş ABU rektoru Elşad Abdullayev və özünü keçmiş «OMON»çu kimi qələmə verən Qabil Rzayev adlı bir şəxs Avropada təşkilat yaratmaq adı altında olmazın oyunlardan çıxıblar. Onların bu hərəkətləri mühacirlər arasında ciddi fikir və yol ayrılığına, qalmaqala səbəb olub… Bu isimlərin Avropa Azərbaycanlılarının birlik mərkəzi məqsədi ilə yaradıldığı elan olunan Avropa Azərbaycanlılarının Milli Birlik Şurası (AAMBŞ) adlı qurumun, əslində, Avropadakı mühacirlərin başına hansı bəlalar gətirdiyi bu məktub-yazıda geniş təsvir olunur. Təəssflər olsun ki, yazıda adı çəkilən E.Abdullayev və Q.Rzayevlə əlaqə yaratmaq imkan xaricində oldu. Beləliklə, həmin yazını olduğu kimi təqdim etməli olduq. Çünki bu yazıda Azərbaycan dövlətçiliyinə təhlükə yaradan, min bir bəhanə ilə Avropaya «kabab iyinə» gedib sonradan başqa amallara xidmət edən, hansısa məmura acığı tutub Vətənini aşağılayan bu adamların sifəti Azərbaycan və Avropa cəmiyyətinə, Avropa dövlətlərinin hüquq mühafizə orqanlarına, siyasi hakimiyyətinə bəlli olmalıdır.
Həmin yazı-məqaləni kiçik redaktə ilə təqdim edirik:
Hörmətli redaksiya!
Söhbət Azərbaycan ictimaiyyətinin çox yaxşı tanıdıgı ABU-nun keçmiş rektoru Elşad Abdullayevdən və onun ətrafına yığdığı kriminal dəstədən gedəcək. Bu haqda sayt olaraq siz yetərincə informasiya vermisiz (məktubda musavat.com-un adı çəkilir.Red.). Amma burda qeyd olunanlar ictimaiyyətə bəlli deyil. Bu yaxınlarda qardaşını özü öldürüb günahı Azərbaycan hakimiyyətinin üstünə atan və Fransada gizlənən dələduz rektor Elşad Abdullayevin Quzey Kıprızdakı (Kipr) əmlakını satışa çıxarılması barədə məlumat yayıldı (elanın şəkli təqdim olunur). Satış elanındakı 0079680055028, 0033785711395 telefon nömrələri Fransada yaşayan Elsad Abdullayevə məxsusdur. Elsad Abdullayev Azərbaycandan oğurladığı pullara aldığı villanı 500 min euroya satmaq istəyir. Siz bilirsinizmi bu evdə kim yaşayıb, kim gizlənib? O zaman diqqətlə dinləyin.
Elşad Abdullayev Fransaya yerləşən kimi, 2013-cü ildə Mahir Cavadov və İsveçrə dövlətindən saxta «Omon» sənədləri ilə siyasi status alan Qabil Rzayevlə isti təmas qurur. 2013-cü ildə Qabil Rzayevdən istifadə edən Elşad Abdullayev onun vasitəsilə 2013-cü ildən facebook sosial şəbəkələrində «SAMİR dayi» kod adı altında Azərbaycanın Prezident ailəsi haqqında fotoşoplar düzəltdirərək həqiqətə uyğun olmayan dezinformasiyalar yayınlamağa başlayır. Avropa Azərbaycanlılarının Milli Birlik Şurasının (AAMBŞ) təsis olunmasından cəmi bir neçə həftə sonra Qabil Rzayev İran və Türkiyə xüsusi xidmət organlarından aldığı tapşırıqla Moskvaya səfər edir. Qabil Rzayev və Elşad Abdullayev o dönəmdə demokratik qüvvələrin təsis etdikləri Milli Şurasını İsveçrədə təsis olunmuş AAMBŞ adlı təşkilat adından inandırmağa nail olublar ki, guya Qabil Rzayevin Rusiyada yaşayan Azərbaycanlılar arasında çox böyük hörməti var və Qabil prezident seçkiləri ərəfəsində Rusiyada yaşayan Azərbaycanlıları Rüstəm İbrahimbəyova səs verməyə çağiracaq. Bunun üçün Elşad Abdullayev akademik Rustəm İbrahimbəyovla Qabilin görüşünü təşkil etməyi israrla Avropada yeni təsis edilmiş AAMBŞ-IN İdarə Heyət üzvlərindən xahiş edir (E.Abdullayevin bacısı oğlu Araz Mürsəliyev isə Rusiya Prezidentinin milli məsələlər üzrə köməkçisinin sağ əli, üstəlik, Moskva Azərbaycanlıları Konqresinin sədridir. Bunu nəzərə alın). Qarşı tərəf Rüstəm İrahimbəyovla əlaqə qurur və Gabil Rzayevin (MTN işindəki «Samir dayi» adlı agentin) demokratik quvvələrin vahid namizədi, prezidentliyə namizəd Rustəm İbrahimbəyovla görusməsinü təşkil edirlər. Əmr qulu olan Qabil Rzayevə akademikın ofisinə jucok atmağı tapşırırlar. Rüstəm İbrahimbəyovla görüşən Qabil Rzayev ilk görüşdə ora Moskvadakı İran xüsusi xidmət orqanları tərəfindən verilən cihazin yerləşdirilməsini təmin edə bilmir. İkinci görüşdə akademikdən 10.000 dollar pul istəyən «Samir dayi» adlı agent-Qabil Rzayev xususi eşitmə cihazını onun qəbul otağında gözləyərkən ora yerləşdirməyə nail olur. Eyni zamanda, Qabil Rzayev Moskvada İran Xüsusi Xidmət orqanlarının gizlin «Quds günü» kodu altında təşkil etdiyi cihada çagırış mitinqinə qatılır və insanları İsrailə qarşı Yerusəlimdə, İraqda, Əfqanıstanda, Suriyada savaşa cağırır (yooutube-dəki həmin videonun linkini təqdim edirik).
https://www.youtube.com/watch?v=y0ophn_LThg
Bundan başqa, Moskvada xüsusi xidmət orqanlarının ona verdiyi təlimata əsasən o, Moskvada „Çerkez“ bazarına gəlir və oradakı insanlara yaxın günlərdə Rustəm İbrahimbəyovun prezident seçiləcəyini və onu da Baş nazir təyin edəcəyini bildirir.
Elsad Abdullayev Kiprdəki mülkünü neçəyə satır? -

«Təşkilatın Idarə Heyətinın qərarı ilə Qabil Rzayevin „Moskva əməliyyatının“ araşdırılması məqsədilə 4 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası yaradılır…»

Sadəlovh insanları inandıran «SAMİR DAYİ» oradakı insanlardan pul istəyir və seçkidən sonra yığılan məbləğin artıqlamasi ilə geri qaytarılacağına söz verir. Məbləğ yığılır və təbii ki, söz verdiyi zamanda geri qaytarılmır. Nəticədə „Çerkez“ bazarındakı Azərbaycanlılar arasında Milli Şuranin vahid namizədi Rüstəm İbrahimbəyovun „adamının“ dələduzluğu faktı müzakirə olunur və söhbət Rusiyada yaşayan Azərbaycanlı İcma rəhbərlərinə çatır. Beləliklə, «Samir dayi» kod adlı Qabil Rzayev 2015-ci ilin iyun-iyul və avqust aylarında Moskvada Prezident Seçkisi öncəsi Milli Şuraya qurmuş olduğu planı məharətlə həyata keçirir. O, uğurla başa vurduğu əməliyyata görə 40.000 dollar pul alır və İsveçrəyə dönur. Təşkilatın Idarə Heyətinın qərarı ilə Qabil Rzayevin „Moskva əməliyyatının“ araşdırılması məqsədilə 4 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası yaradılır. Təşkilatın Moskvadakı İH üzvlərinin, o cümlədən, Qabil Rzayevin hesabatı və əldə olunan səhih məlumatların yekunu olaraq NTK hesabat hazırlayıb hər bir İH üzvünün e-mail adresinə yollayır. Bir sözlə, NTK araşdırması nəticəsində Gabil Rzayevin Moskvadakı qanunsuz əməlləri üzə çıxır. NTK-nın hesabatı ilə tanış olan İH üzvlərinin növbəti toplantısından bir neçə saat əvvəl Gabil Rzayev NTK-nin nüfuzlu üzvü Yeganə Əmiraslanovaya zəng edib toplantıda onu müdafiə etməsini xahiş edir. Lakin Yeganə xanım NTK-nın hesabatının sonuna qədər arxasında olduğunu bildirdiyində Qabil Rzayev valı dəyişir və təhdidə keçərək bildirir ki, onu müdafiə etməyəcəyi təqdirdə Alman hökümətinə elə bir daşdan keçən məktub yazacaq ki, 3 günün içində onu Almaniyadan deport edəcəklər. Qabil Rzayevin Moskvadakı qanunsuz əməllərindən xəbər tutan AAMB-nın İH üzvləri toplantıda onun istefasini tələb edirlər. Xarici kəşfiyyatdan xüsusi təlimat alan Elşad Abdullayev Qabil Rzayevə bu işdən geri cəkilməmək göstərişini verir (Onu da nəzər alın ki, hazırda onlara maliyyə dəstəyini verən adam Almaniyada saxta yollarla sığınacaq almış Firudin Dugi isimli bir şəxsdir, amma o, əslində, Azərbaycan vətəndaşı olsa da Alman hökumətini aldadib ki guya "vetensizdir"). Beləcə, toplantıda Y.Əmiraslanova Gabil Rzayevin onu təhdid etdiyini İH üzvlərinin diqqətinə çatdırır. G.Rzayev hər kəsin qarşısında Yeganə xanımın dediklərini bu şəkildə etiraf edir: „Yeganə xanım düz deyir. Bu gün mən çox əsəbiydim. Bilirsiniz ki, Moskvada başımdan ağır zədə almışam (K.İbrahimbəyova və «Çerkizovski»də azərbaycanlılara aldadıb pul atdığına görə döyülməyini nəzərdə tutur. RED.) və hələ də özümdə deyiləm. Amma mən hamınızın qarşısında Yeganə xanımdan üzr istəyirəm. Məni kiçiyi qəbul etsin. Mən də onu böyük bacı bilirəm və hamınızın qarşısında acizanə şəkildə bir daha üzr istəyirəm. Mən ağır nəslin övladıyam. Bizim nəsildə casusluq, işverənlik olmaz. Mən yeddi arxa dönənimlə qələt edərəm Yeganə xanım haqqında donos yazaram...”.
Toplantının gedişində İH üzvləri yekdilliklə Gabil Rzayevin istefanı tələb etsələr də bir tək Elşad Abdullayev hər cür dona girərək onu müdafiə etməyə çalışır. Xüsusilə Yeganə Əmiraslanovadan Gabili bağışlamasını, işi “tatlıya” bağlamasını xahiş edir. Lakin Yeganə Əmiraslanova elə həmin gün təşkilatdan istefa verir. Ondan sonra hüquq professoru Sədiyar Zeynalov, Ataxan Əbilov, Telman Məcidoğlu, Əli Hacılı, Elxan Əlibəyli, Bəhruz Əliyev, Coşqun Feyzullazadə və ümumiyyətlə, Elşad Abdullayevdən savayı İH-nin bütün üzvləri istefa verirlər. Beləliklə, təşkilat faktiki olaraq buraxılır. Qeyd etdiklərimizlə bağlı yuxarıda adları çəkilən şəxslər təsdiq edə bilərlər.
Yeri gəlmişkən, Moskva Azərbaycanlılarından almiş olduğu 40.000 dolları qaytarmadığı üçün Moskvada ölümcül kötəklənən Qabil Rzayev İsveçrədə Elşad Abdullayevdən aldığı göstərişlə xüsusi yalan və hiyləyə əl atır. Qabil Rzayev Moskvada AAMBŞ İH-nin üzvü, prinsipial mövqeyi ilə tanınan Yeganə Əmiraslanova tərəfindən (!) döydürüldüyünü iddia edir və bununla bağlı “hüquq professoru” Elşad Abdullayevin sədrliyi ilə yaradılan hüquq komissiyasının “kəsin qərarını” internet üzərindən (“Professorun” və saxta “OMON”-çunun fikrincə təşkilatı Yeganə xanım dağıdıb) yayır. Gabil Rzayev Elşad Abdullayevin təlimatı ilə Yeganə Əmiraslanova haqqında Alman hökümətinə və İsveçrə polisinə şikayət ərizəsi verir. Ərizədə göstərilir ki, Y.Əmiraslanova Azərbaycan hökumətinə işləyir, Almaniyaya xüsusi tapşırıqla (!) göndərilib, MTN-nin yüksək rütbəli agentidir və s.
Bu şantajçılar sırf Yeganə Əmiraslanovadan “intiqam” almaq məqsədilə ən iyrənc əməllərə əl atırlar. Belə ki, onlar Avropanın müxtəlif ölkələrinə mühacirət edən azərbaycanlıları guya onlara oturum almaqda kömək edəcəkləri ilə bağlı tora salır və öz çirkin əməllərinə alət edirlər. Almaniyaya mühacirət edən Riyad Əliyev də Elşad Abdullayev çətəsinin ən yeni olsa da, ən fəal üzvüdür. Facebook səhifəsində “İki rektor” başlığı ilə selfilər çəkib paylaşan Riyad Əliyevin dələduzluq əməlləri ilə bağlı konkret faktla Almaniyanın Mainz polisində araşdırma aparılır.
Almaniyada saxta sənədlə oturum alan Azərbaycan vətəndaşı Firudin Dugi də çətənin ən yeni üzvü, eyni zamanda maliyyə dəstəkçisidir. Firudin Dugi Azərbaycanın Goranboy rayonunda doğulub və sonralar ailəsi Gəncədə yaşayıb. Bakının Nərimanov rayonundakı fars təmayüllü orta məktəbi bitirib, Gəncə Pedoqoji İnstitutunun filologiya fakultəsinin məzunu olub. Lakin bu gün o Almaniya hökümətindən “vətənsiz” statusu ilə oturum alıb. Bizdə olan məlumata görə Firudin Dugi adını Azərbaycan vətəndaşları haqqındakı məlumat bazasından belə sildirməyə nail olub. Lakin onun digər bacı və qardaşlarının Azərbaycan vətəndaşı olmaları haqqında məlumat var. Kölgəli və qaranlıq keçmişi olan bu adamın da qadınlara qarşı “intiqam” əməlləri ilə bağlı ciddi faktlar var. Bir ildən artıqdır ki, Elsad Abdullayevin “ağsaqqallığı” ilə Yeganə Əmiraslanovaya qarşı aparılan “müharibəyə” Firudin Dugi və Riyad Əliyev də qoşulub. Onların məqsədi, sanki üzdə Azərbaycan hakimiyyətini söyüb özlərini yerli hökumətə siyasi mühacir kimi təqdim etmək, arxada hansısa tapşırıqları yerinə yetirməklə Avropadakı müxalifət dayağını sarsıtmaq olur. Niyə? Qabil Rzayevin şəxsi e-mail-dan AAMBŞ üzvlərinə göndərdiyi hesabatın mətni ilə tanış olun:
«Hörmətli MNTK və komissiya üzvləri. İndi isə sizə maliyyə hesabatını təqdim edirəm:
Rüstəm Ibrahimbəyovdan alınan 10. 000 dollarin hesabatı:
Yemək xərcləri: 1,550 Dollar
Otel xərcləri: : 800 dollar
Benzin : : 400 Dollar
Siqaret ve Su : 250 Dollar
Ilgar Rzayeve verilən : 500 Dollar
Yaşara verilən : 100 Dollar
Azadlıq Qəzeti : 400 Dollar
Bakıdan gələn insanlar üçün bilet: 1,000 dollar
Cəmi xərclər: 5,300 Dollar
Bakıdan gələn 3 nəfər şəxsə 1,000 dollar ümumi raziliqla verildi. Həmin insanlar aldiqlari məbləği geriyə ödməyə hazırdılar».
O zaman 4.700 Dollar məbləğində pul xərclənməmiş qalıb.
Ilgar Rzayev tərəfindən təskilat ücün Qalib Hüseynova verilən 2.580 Dollar məbləğin hesabati:
Verilib: 120 Dollar(100Euro), 300 Dollar(10 00 Rubl), 360 Dollar(300 Euro), 500 Dollar(15 000 rubl), 200 Dollar, 650 Dollar(20 000) dollar, 300 Dollar(10 000 rubl), 150 Dollar( 5 000 rubl) . Cemi: 2580 Dollar.
Bu məbləğdən Qalib Hüseynovun təşkilat üçün xərclədikləri:
Jurnalistler: 100 Euro
Coffee –Braek : 500 Dollar
Digər xərclər: 300 Dollar
Cəmi: 920 Dollar
2.580 $ dollar dan teskilat ücün xərclənib 920(doqquz yüz iyirmi) dollar.
Qaliq: 1.660 Dollar. Nəzərinizə catdırım ki yuxarıda qeyd etdiyim 2.580 Dollar Ilgar Rzayevə geri ödənməlidir. Baxmayaraq ki, o bu səfərdə öz cibindən 13.000 dollara yaxın pul xərcləyib, məndən aşağıdakı istiqamətdə xərclədiyi pulları AAMBS-dən geri istəyir.
Viza : 600 Dollar
Bilet : 1000 Dollar
Otel : 2.400 Dollar
Emin Milli : 3.000 Dolar
E.Dəmirov – Avtomobil təmiri : 1.200 Dollar.
Cəmi: 8200 Dollar.
Beləliklə, yekun nəticə olaraq bildirirəm ki, R.Ibrahimbəyovdan alınan 10.000 Dollar məbləğin Rusiyada xərclənən 4.300 (dörd min üç yüz) dolları AAMBS-nin məsərfi hesab oluna bilər. Digər geri qalan məbleğin 1.000 dolları isə Bakıdan gələn şəxslər (!) tərəfindən ödənməlidir.
Ilgar Rzayev tərəfindən Qalib Hüseynova verilmiş 2.580 dollardan 920 dolları AAMBS-na aid olmalı, digər geri qalan məbləğ isə 1.660 (bir min altı yüz altmiş) dollar Qalib Hüseynov tərəfindən geri ödənməlidir.
Hörmətlə
Qabil Rzayev».

«Qabil Rzayevin bacısı qızı Ülkər Məmmədova Ankarada terror törədilməsində iştirakçı olur və...»

Əsas məsələ isə bundan sonra baş verir: Belə ki,
2015-ci iİlin oktyabr ayında Qabil Rzayevin bacısı qızı Ülkər Məmmədova Ankarada terror törədilməsində iştirakçı olur. Ülkər Məmmədovanın DAES lideri Bagdadinin 9-cu hərəmi olduğu rəsmən təsqdiqini tapıb. Ülkər Məmmədova bu gün də dunyada yaşıl bülletenlə aranan teroristlər siyahısındadır. Link-də ətraflı görə bilərsiniz (http://www.terorarananlar.pol.tr/detaylar/Sayfalar/mavi.aspx
Elsad Abdullayev Kiprdəki mülkünü neçəyə satır?-VİDEO
Çox dəqiq mənbələrdən aldığımız məlumatda terrorçu Ülkər Məmmədovanın uzun müddət Kiprdə Elşad Abdullayevin evində gizləndiyi və oradan mütəmadi surətdə naməlum istiqamətə getdiyi bildirilir. Fikir versəniz, keçən il mətbuatın bu məsələdə basqısı ilə Qabil Rzayev bacısı qızı məsələsinə müsahibə verərək onun bacı qızının terror törətmədiyini və guya Al-nusraci həyat yoldaşı ilə Suriyaya getdiyini qeyd edir http://www.nabizhaber.com/aambs-baskani-gabil-rzayevden-kirli-propagandaya-sert-cevap-12456h.htm
Amma göründüyü kimi, bu bir yalan müsahibədir. Türkiyə Polisinin rəsmi saytinda Ülkər Məmmədova terorcu kimi bu gün də aranır. Hətta Ülkər Məmmədova Suriyaya gedibsə, bunu Qabil Rzayev haradan bilib?
Biz sizin sayt vasitəsilə, hətta Azərbaycan Prezidentini, onun ailəsini sosial şəbəkələrdə, şəxsi internet saytlarında iyrənc ifadələrlə təhqir edən, fotoşop rəsimləri paylaşan çətənin Avropadakı “qəhrəmanlıqları” haqqında hələlik bu faktların paylaşılmasını istəyirik.

«Fransa hüquq mühafizə orqanları deyir ki, biz Elşad Abdullayevi buradan rədd edəcəyik, çünki o, Fransada yaşayır və başqa dövlətin, yəni Azərbaycanın daxili işlərinə qarışır, ölkə rəhbərliyini təhqir edir, iki ölkə arasında narazılıq yaradır…»

Elşad Abdullayev, Qabil Rzayev, Riyad Əliyev kimilərin insanlıq adına törətdikləri suç dosyesi nə qədər qabarıq olsa da, təəssüf ki, onlar hələ də Avropada çuğulluqla məşğuldurlar, hakimiyyəti tənqid etmək olar, amma Dövlətimizi, tanınmış insanları ağır formada təhqir, aşağılamaq, millətimizi nüfuzdan salmaq insanlıqdan uzaqdır. Onu da deyək ki, Elşad Abdullayevin Fransada heç bir gücü və dayağı yoxdur, sadəcə, pul hesabına başını girləyir. Hər gün adından “bəyənatlar” verdikləri AAMBŞ adlı təşkilat isə faktiki olaraq buraxılıb. Fransa hüquq mühafizə orqanları deyirlər ki, əgər lazım gələrsə, biz Elşad Abdullayevi buradan rədd edəcəyik, çünki o, Fransada yaşayaraq başqa dövlətin, yəni Azərbaycanın daxili işlərinə qarışır, ölkə rəhbərliyini təhqir edir, bununla da iki ölkə arasında narazılıq yaradır.
Hörmətli bəylər, ümidvarıq ki, bu məsələni sizin peşəkar jurnalistləriniz daha da əhatəli formada ictimaiyyətə catdıracaq.

«Keçmiş ABU rektorunun Azərbaycan DTX-si tərəfindən həbs olunmuş «baş redaktor» Habil Vəliyevin Sankt-Peterburqdakı müdafiə mitinqi ilə hansı əlaqələri olub?»

Onu da deyək ki, üzdə müxalifəti, arxada dövlət məmurlarını şantaj edən «Gündəlik Bakı» adlı qəzetin sahibi olmuş Habil Vəliyev son illər Elşad Abdullayevi öz qəzetində müntəzəm olaraq dəstəkləyirdi. MTN Habil Vəliyevi həbs edəndən sonra Elşad Abdullayevin Moskvada özünün və emissarı Qabil Rzayevin olması şübhə doğurmur. Bunu MTN araşdıra bilər. Azərbaycan prezidenti İ.Əliyevi ifşa edən və bu ilin yanvarında Sankt Peterburqda keçirilmiş, Habil Vəliyevin azadlığını tələb edən böyük mitinqin təşkilində də heç şübhəsiz Elşad-Qabil birliyinin izi var. Artıq bu barədə Avropada kifayət qədər söhbətlər gedir. Elşad Abdullayevlə Qabil Rzayevin facebook səhifəsində həmin mitinqin videosu ardıcıl olaraq paylaşılır. Onların məqsədi gələcəkdə Habil Vəliyevi dissident və siyasi mühacir kimi qələmə verməkdir. Mitinqdə də məhz belə şüarlar səsləndirilir.
Güman edilir ki, Ümumrusiya Azərbaycanlılarının Konqresinin başına gələnlərdə də Elşad Abdullayev və Qabil Rzayevin əli var. Çünki Elşad Abdullayevin bacısı oğlu Araz Mürsəliyev Rusiya "Xalqlar Dostluğu" xeyriyyə Fondunun prezidenti kimi Rusiya Prezidenti yanında Dövlət Dumasının millətlərlə iş üzrə komitəsinin ekspert şurasının üzvüdür, Rusiya Prezidenti yanında Dövlət Dumasının millətlərlə iş üzrə komitəsinin sədri Hacimət Səfərəliyevin köməkçisidir. Elşad Abdullayev və onun emissarı Qabil Rzayev isə ötən prezident seçkilərində prezidentliyə namizəd, Rusiyada alternativ konqresin təşəbbüskarlarından biri olmuş Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyirdilər. Qabil Rzayevin Moskvaya və Sankt Peterburqa səfərlərini də məhz Araz Mürsəliyevin təşkil etdiyi və yardım göstərdiyi şübhə doğurmur…
***
Məktubda adı çəkilən hər kəsin sadalanan məsələlərlə bağlı mövqelərini dinləməyə və dərc etməyə hazırıq. Əlbəttə əgər bu məktubda olduğu kimi konkret faktları varsa. Hələlik isə yazıda adı çəkilənlərdən Yeganə Əmiraslanova ilə telefon əlaqəsi saxladıq. O, yazılanların tamamilə doğru olduğunu bildirdi və Gabil Rzayevin „Moskva sərgüzəştləri“ ilə bağlı hələ çox gizlinlər olduğunu da əlavə etdi. Bu barədə növbəti yazıda bəhs ediləcək…
(Pravdainfo.org)






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1346 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...