Deputat: "Şahdağ Turizm Kompleksinin saxlanılması dövlətin nəyinə lazımdır?"

Deputat: "Şahdağ Turizm Kompleksinin saxlanılması dövlətin nəyinə lazımdır?"


Millət vəkili Qüdrət Həsənquliyev qeyri-neft sektorundan daxilolmaların azalmasından və büdcə vəsaiti hesabına kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərin borc faizlərinin ödənilməsinə görə narahatlığını ifadə edib.

"APA-Economics" xəbər verir ki, Q.Həsənquliyev bunu Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi bildirib.

"Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı üçün ardıcıl tədbirlər görür. Hökumətin səylərinə baxmayaraq ötən il qeyri-neft sektoru 4,5% azalıb, neftin ucuzlaşmasına baxmayaraq neft-qaz sektorundan daxilolmalar 3,4% artıb. Neft-qaz sektorundan asılılığımız azalmaq əvəzinə artır. Dövlət zəmanəti ilə götürülən borclara görə pullar ödənilir. "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) görə 624 milyon manat ödənilib. Dövlət AZAL-ı və digər bu kimi strukturları özəlləşdirməlidir. Şahdağ Turizm Kompleksinin saxlanılması dövlətin nəyinə lazımdır? Eləcə də digər səhmdar cəmiyyətləri özəlləşdirmək lazımdır. Dövlət xəstəxanalarının saxlanılmasına 100 milyonlarla maliyyə xərclənir. Buna nə ehtiyac var? Bu qurumları da özəlləşdirməyin vaxtı çoxdan çatıb", - deyə millət vəkili qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...