Bu avtobuslar çimərliklərə gedəcək - Sərnişinlərin DİQQƏTİNƏ

 Bu avtobuslar çimərliklərə gedəcək -


Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarı ilə Bakı ətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.

BNA-dan verilən məlumata görə, məqsəd bu ilki çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş gəlişini təmin etməkdir.

Mövsümü xarakterli dəyişikliyə əsasən 1 iyun tarixindən:

- 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu" stansiyasından "Buzovna" çimərliyinə,

- 172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu" stansiyasından "Bilgəh" bağlarına,

- 173 nömrəli marşrut xətti üzrə avtobuslar "Pirşağı" bağlarına və çimərliyinə,

- 179 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar Süleyman Sani Axundov küçəsindən "Qızılqum" sanatoriyasına,

- 189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin "Ləhiş" bağlarına,

- 141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin "Sahil” çimərliyinə,

- 108 və 134 nömrəli marşrut xətti avtobuslar "Görədil” və "Fatmayı” bağlarına,

- 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə "Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
787 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...