Kosta "Çelsi"dən ayrılacağını açıqladı

Kosta "Çelsi"dən ayrılacağını açıqladı

"Çelsi"nin futbolçusu Dieqo Kosta London klubundan ayrılmağa hazırlaşır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə ispan hücumçunun özü məlumat verib. O bildirib ki, baş məşqçisi Antonio Konte onu komandada görmək istəmir. Məhz bu səbəbdən Kosta klubdan ayrılmaq qərarına gəlib.

"Dürüst olacam. Ötən gün Konte telefonuma mesaj yazmışdı. O, mesajında məni komandada istəmədiyini bildirmişdi. Hazırda müqavilə ilə "Çelsi"yə məxsusam. Amma ayrılmaq məcburiyyətindəyəm".

D.Kosta yeni mövsüm hansı klubda çıxış edəcəyinin hələlik müəyyənləşmədiyini söyləyib.

D.Kosta "Atletiko"ya qayıtmaq istədiyini, ancaq transfer qadağasına görə hazırda bunun gerçəkləşə bilməyəcəyini vurğulayıb: "4-5 ay futbol oynamadan qalıb-qalmayacağımı bilmirəm . "Atletiko"nun mənim üçün xüsusi yer var. Ancaq gələcəyimi də düşünmək məcburiyyətindəyəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
819 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...