Əxlaqsız qadınlar turistin başına oyun açdı - BAKIDA ŞOK HADİSƏ

Əxlaqsız qadınlar turistin başına oyun açdı -


İyunun 20-nə keçən gecə Bakıda qonaq olan iraqlı turist polisə müraciət edib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, İraq vətəndaşı olan 1976-cı il təvəllüdlü Abdulməcid Manaf Abdulhəmid oğlu bildirib ki, dünən axşam saatlarında Fəvvarələr Meydanında intim xidmət təklif edən 3 qadınla tanış olub.

Daha sonra o, həmin qadınları Neftçilər prospekti 110 ünvanındakı binada kirayə tutduğu mənzilə aparıb və eyş-işrət məclisi təşkil olunub. Gecə saat 03:30 radələrində isə 41 yaşlı iraqlı turist hamam otağında olarkən qadınlar onun içində 3 min manat olan pul kisəsini və "Samsung” markalı telefonunu götürərək aradan çıxıblar.

Gecə yarısı polisə müraciət edən iraqlı turist olan-qalan pulunun qadınlar tərəfindən oğurlandığını və çıxılmaz vəziyyətdə qaldığını bildirib. O, həmin şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsini və oğurladıqlarını geri qaytarmasını xahiş edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1107 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...