FHN-ə yeni səlahiyyət verildi

FHN-ə yeni səlahiyyət verildi


Prezident İlham Əliyev “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” fərmana dəyişiklik edib.

Dəyişikliyə görə, “Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilməsi qaydaları və şərtləri haqqında Əsasnamə”nin 3.3-cü bəndinin dördüncü abzasından “radioaktiv tullantıların,” sözləri çıxarılıb.


Həmin Fərmanla təsdiq edilmiş “Radioaktiv xammalın çıxarılması və radioaktiv tullantıların, zərərli maddələrin basdırılması üçün yerin təkindən istifadə olunması Qaydaları”nın 2.2-ci bəndi aşağıdakı redaksiyada verilib:

“2.2. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
687 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...