BDU rəhbərliyi tələbələrin narazılığına cavab verdi
Bakı Dövlət Universitetinin tələbələri imtahanda üzrlü səbəbdən iştirak edə bilməyəcəkləri təqdirdə təqaüd almayacaqları, eyni zamanda alt qrupun ödənişli olub olmaması bağlı sosial şəbəkələrdə müzakirələr aparırlar. “Qafqazinfo” tələbələrin narahatlığı ilə bağlı universitetə sorğu göndərib.
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, Bakı Dövlət Universitetində təhsil alan bütün tələbələrə təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində fənn (fənlər) üzrə yaranmış akademik borclarının ləğvi məqsədi ilə alt qruplarda kreditlər üzrə heç bir ödəniş etmədən dərslərdə və imtahanlarda iştirak etmək hüququ verilib: “BDU Elmi Şurasının 21 yanvar 2016-cı il tarixli qərarı əsasında universitetin rektoru akademik Abel Məhərrəmovun imzaladığı və bütün normativ təhsil müddətində təhsil alan tələbələrə şamil olan 25 yanvar 2016-ci il tarixli R-09 saylı əmri ilə alt qruplarda akademik borclarını ləğv edən I, II, III və IV kurs tələbələrin əlavə kreditlər üzrə ödənişləri BDU vəsaiti hesabına ödənilir. Bununla yanaşı, Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 saylı qərarı ilə tələbələrə yeni güzəştlər nəzərdə tutulub. Belə ki, cari ilin yay sessiyasından başlayaraq tətbiqi nəzərdə tutulan bu güzəştlər sırasına aşağıdakılar da daxildir:
1. 4-cü kurs tələbələri cari ilin yay sessiyasından başlayaraq sessiya dövründə və ya əvvəlki sessiyaların (qış və yay sessiyaları daxil olmaqla) nəticələrinə görə 2 fənn üzrə yaranmış akademik borclarını iyul ayının 3-dən başlayaraq 7-dək ləğv edə bilər. Bu zaman üzürlü səbəbdən sessiya dövründə imtahanda iştirak edə bilməyən tələbələrə heç bir ödəniş etmədən həmin fənn üzrə yenidən imtahanda iştirak hüququ verilir.
2. I, II və III kurs tələbələri də cari ilin yay sessiyasından başlayaraq sessiya dövründə və ya əvvəlki illərin yalnız yay sessiyalarının nəticələrinə görə 2 fənn üzrə yaranmış akademik borcunu iyul ayının 3-dən başlayaraq 7-dək ləğv edə bilər. Bu qəbildən olan tələbələr imtahan üzrə müvəffəq qiymət aldıqda ÜOMG nəticələrinə görə müvafiq Komissiyanın qərarına görə təqaüd alanlar sırasına daxil ediləcək.
3. Alt qruplarda akademik borclarını ləğv etmək məqsədi ilə tələbələrə 40 kreditə qədər (prerekvizitlik nəzərə alınmaqla) fənlər seçmək hüququ verilir.
4. Yay semestrində akademik borclarını ləğv etmək məqsədi ilə tələbəyə 10 kreditə qədər fənlər seçmək hüququ verilir.
Bu məsələlərlə bağlı BDU tələbələrinin narazılığına heç bir əsas yoxdur”.
871 dəfə oxundu