7 nəfəri gün vurdu - Günvurmadan belə qorunun!

7 nəfəri gün vurdu -

Havaların isti keçməsi ilə əlaqədar olaraq iyun ayından etibarən bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə müraciət edənlərin sayı 7 nəfər olub.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin Lent.az-a verdiyi məlumata görə, günvurma şikayəti ilə müraciət edənlərin hər birinə lazımi tibbi yardım göstərilərək evlərinə buraxılıblar, iki nəfər isə xəstəxanaya yerləşdirilib.

R.Nağıyev günvurmadan qorunmaq üçün bəzi məsləhətlər də verib: “Vətəndaşlara günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında açıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, çoxlu sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət görülür. Vətəndaşlar bilməlidir ki, səhər saat 11.00-dan axşam saat 17.00-dək açıq havada qalmaq təhlükəlidir. İnsanlar daim sərinləşdirici maye qəbul etməlidirlər”.

Baş həkim günvurmaya məruz qalan insanlara ilk tibbi yardımın göstərilməsi ilə bağlı da tövsiyələrini açıqlayıb: “Gün vuran insanı dərhal kölgəyə çəkmək, ona sərinləşdirici maye içirtmək, bədənin açıq hissələrinə soyuq suda isladılmış parça ya dəsmal qoymaq lazımdır. Eyni zamanda təcili tibbi yardıma müraciət etmək də vacibdir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...