Ermənilərin yaraladığı qadınla bağlı bu gün qərar veriləcək

Ermənilərin yaraladığı qadınla bağlı bu gün qərar veriləcək

İyulun 4-də ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyevanın sağlamlıq durumu ilə bağlı bu gün həkimlərin konsiliumu keçiriləcək.

Gundeminfo.az xəbər verir ki, bu barədə Trend-ə Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.

Onun sözlərinə görə, konsiliumda S.Quliyevanın sağlamlıq vəziyyəti nəzərə alınmaqla, hazırda yerləşdiyi hərbi hospitaldan köçürülməsi məsələsinə baxılacaq və bununla bağlı qərar veriləcək. S.Quliyevanın Füzuli Rayon Mərkəzi Xəstəxanasına köçürüləcəyi gözlənilir.

Baş həkim qeyd edib ki, S.Quliyevanın vəziyyəti hazırda stabildir və müalicəsi davam edir.

N.Şükürov mülki əhaliyə vaxtında və yaxşı yardım göstərdiyinə görə hərbi hospitalın rəhbərliyinə və həkimlərinə də təşəkkürünü bildirib.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...