İş otağında ölən məmur xərçəng xəstəsi imiş - Açıqlama

İş otağında ölən məmur xərçəng xəstəsi imiş -

Bu gün iş otağında gözlənilmədən vəfat etdiyi deyilən 43 saylı Mənzil İstismar İdarəsinin rəisi Yusif Əhmədov, əslində, iyulun 8–də dünyasını dəyişib. Bunu AzNews.az-a 43 saylı Mənzil İstismar İdarəsindən bildiriblər.

İdarədən verilən məlumata görə, Yusif Əhmədov uzun zamandır ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. “Yusif Əhmədov xəstə idi. Həkimlər ona xərçəng diaqnozu qoymuşdular. Ayın 8-də səhər vaxtlarında işə gəlib, qəfildən halı pisləşib və dünyasını dəyişib”.

Yasamalın sabiq icra başçısı İbrahim Mehdiyevin yaxın adamlarından biri, 43 saylı Mənzil İstismar İdarəsinin rəisi Yusif Əhmədov səhər saatlarında iş otağında gözlənilmədən vəfat edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
919 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...