Azərbaycanda 3 nəfər zəhərlənmədən ölüb

Azərbaycanda 3 nəfər zəhərlənmədən ölüb

Bu ilin 6 ayında 188 zəhərlənmə hadisəsi qeydə alınıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, zəhərlənmə nəticəsində 3 nəfər dünyasını dəyişib.

İlin birinci yarısında 285 nəfər zəhərlənib. 21 botulizm hadisəsi baş verib. İyun ayında 24 zəhərlənmə qeydə alınıb, nəticədə 31 nəfər zərər çəkib.

Qeyd edək ki, zəhərlənmələrin ən ağır forması insan ölümünə səbəb olan botulizmdır. Oksigen olmayan şəraitdə botulotoksin əmələ gəlir və insanda botulizm adlı xəstəlik baş verir. Zəhərlənmələrin əksəriyyəti evdə hazırlanan qidalardan baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...