Sumqayıtda faciə- Kanalizasiya quyusuna düşən şəxs və onu xilas etməyə çalışan FHN əməkdaşı öldü

Sumqayıtda faciə-

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda baş verən hadisə ilə bağlı yeni məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 14:16-da FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərindəki 76-cı məhəllədə kanalizasiya quyusuna bir nəfərin düşməsi haqqında məlumat daxil olub.

FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Quyuya düşmüş vətəndaşın meyiti xilasedicilər tərəfindən çıxarılıb, lakin baş vermiş bədbəxt hadisə nəticəsində əməkdaşlardan bir nəfəri həlak olub, üç nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...