Erməni rejissor Dubayda həbs olundu – havaya dron qaldırıbmış

Erməni rejissor Dubayda həbs olundu –

Arik Manukyan məsçid yaxınlığında drondan istifadə etdiyinə görə cəzalandırıla bilər. Erməni rejissor Arik Marukyan Dubayda həbs olunub. 1news.az saytının “Kommersant” a istinadən verdiyi xəbərə görə, tanışlarının toy məclisinin videoçəkilişini aparmaq üçün Dubaya gələn Arik Marukyan Şeyx Zahid məscidinin yaxınlığında videokamera ilə təchiz edilmiş dron aparatı qaldırıb. Bunu fərq edən Dubay polisi onu həbs edib. Hazırda pilotsuz aparatdan sanksiyalaşdırılmadan istifadə etdiyinə görə rejissoru iri məbləğdə cərimə və bir neçə aylıq həbs cəzası gözləyir.

“Yarımçıq mahnı” və bir neçə qısametrajlı filmin də müəllifi olan rejissor A. Manukyan BƏƏ-yə qardaşı ilə birlikdə gedibmiş. Rejissor Dubayda yeni ailə quranlarla bağlı filmi dronun köməyi ilə Şeyx Zahid məscidinin fonunda gənc cütlüyü kabrioletdə gəzərkən lentə almalı imiş. Məqalədə Şeyx Zahid məscidinin dünyanın ən böyük və gözəl memarlıq nümunələrindən biri olduğu qeyd edilib. Məscid BƏƏ-nin qurucusu və ilk əmiri şeyx Zahid ibn Sultan Ən-Nəhayanın şərəfinə tikilib. Bu dünyada müsəlmanlardan başqa digər dinlərə məxsus insanların buraxıldığı yeganə məscid sayılır.

Manukyanın sözlərinə görə, polislər öncə ondan dronu endirməyi tələb ediblər, daha sonra çəkilişdə iştirak edənlərin hamısını saxlayıblar. Bir neçə saat sonra bəy və gəlin azadlığa buraxılsa da, Arik Manukyan, onun qardaşı və bəyin bir qohumu polis məntəqəsinə aparılıb. Burada onların pasport və telefonları əllərindən alınıb. Manukyan və onun dostları 6 gün polis kamerasında qalmalı olublar.

Daha sonra onlar məhkəmə həbsxanasına götürlüblər. Burada onlar ağır şəraitdə daha 10 gün keçiriblər.
Yalnız Rusiya səfirliyinin işə qarışmasından sonra həbs olunanların azad edlməsi mümkün olub. Lakin onlara ölkəni tərk etmək yasaqlanıb. Rejissor hələ də orada ev dustaqlığında oduğunu bildirir. Rusiyanın BƏƏ-dəki səfirliyinin konsul şöbəsinin müdiri Ramil Bikmullin yaranan problemin həll olunmasından ötrü əllərindən gələni etdiklərini bildirib. Lakin o, araşdırmanın subyektlərinin ən yaxşı halda iri məbləğdə cərimə ilə canlarını qurtaracağını, onları hətta həbs təhlükəsi gözlədiyini söyləyib.

Ümumiyyətlə, BƏƏ-də dronlardan istifadə məsələsinə olduqca neqativ yanaşırlar. Bu cür aparatlardan müvafiq icazə alınmadan istifadə edilməsi qadağandır. Qaydanı pozanları 50 min dollar məbləğində cərimə və inzibati həbs cəzaları gözləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
781 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...