"Ukraynanı tutacağıq" dedi və NTV müxbirinə yumruq zərbəsi endirdi
NTV-nin jurnalisti Nikita Razvozjayev canlı yayım zamanı döyülüb.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə jurnalistin Moskvada Qorki parkında fontanlarla bağlı hazırladığı reportaj zamanı baş verib. N. Razvozjayev canlı yayıma qoşulan zaman parkda Hava Desant Qüvvələri gününü bayram edən hərbçilər də olub.
Bu zaman iri cüssəli, sərxoş kişi jurnalistə yaxınlaşaraq ona “Ukraynanı tutacağıq” deyib və söyüş söyməyə başlayıb.
Razvozjayev ondan susmasını xahiş edib, bu zaman sərxoş şəxs “sən mənimlə belə danışacaqsansa, cavabını alacaqsan...” deyərək jurnalistin sifətinə yumruq vurub.
Lakin yoldan keçənlər onu tutub saxlayıblar və televiziya parkdan bağlantını kəsib.
Sonra aparıcı yenidən efirə çıxıb və problem yarandığını, tezliklə həll olunacağına ümid etdiyini deyib. O, həmçinin müxbirin vəziyyətinin də normal olduğunu bildirib.
Jurnalistə hücum edən şəxs üzərində “Oplot” yazılan köynəkdə olub. Bu təşkilat 2013-2014-cü illərdə - Ukraynada siyasi böhran dövründə məşhurlaşmışdı. 2014-cü ilin aprelində fəallar Donetskdə şəhər şurasının binasını tutdular və həmin il rəsmi Kiyev "Oplot"u terror təşkilatı kimi tanıdı.
Xatırladaq ki, “Oplot” təşkilatının əsasını Ukrayna güc strukturlarının yetirməsi olan Yevgeni Jilin qoyub. O, ötən il sentyabrın 19-da Moskva ətrafı “Qorki 2”qəsəbəsində restoranında sui-qəsd nəticəsində öldürülüb.
746 dəfə oxundu