"Petkim" Türkiyənin 50 ən dəyərli şirkətindən biridir

"Petkim" Türkiyənin 50 ən dəyərli şirkətindən biridir


Türkiyənin 50 ən iri şirkətinin adı açıqlanıb.

"APA-Economics" xəbər verir ki, reytinq "Capital" nəşri tərəfindən tərtib olunub.

"Petkim Petrokimya Holding A.Ş." reytinqin 39-cu pilləsində qərarlaşıb. Şirkətin dəyəri 4 mlrd. 532,591 mln. lirə dəyərində qiymətləndirilir.

Reytinqin lideri dəyəri 34 mlrd. 854,851 mln. lirə təşkil edən "Tüpraş"dır. İkinci yerdə Avstriyanın OMV konserninin törəməsi olan "Petrol Ofisi" qərarlaşıb. Bir vaxtlar SOCAR-ın almaq istədiyi törəmə şirkət 30,8 mlrd. lirə dəyərində qiymətləndirilir.

İlk üçlüyü "Türk Hava Yolları" (29,468 mlrd. lirə) qapayır.

"Azercell" şirkətinin səhmdarlarından biri olan və dəyəri 14 mlrd. 285,561 mln. lirə olan
"Turkcell" ilk onluğun sonuncu pilləsində qərarlaşıb.

2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qonşu ölkədə yeganə neft-kimya istehsalçısı olan "Petkim Petrokimya Holding A.Ş."-də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Turkey Energy A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Turkey Energy A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq holdinq üçün xammal xərclərini azaldacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...