Məktəbli geyimlərinin qiyməti ilə bağlı açıqlama

Məktəbli geyimlərinin qiyməti ilə bağlı açıqlama

Vahid məktəbli geyimlərinin qiymətində artım olmayıb. Gundeminfo.az xəbər verir ki, bunu Teleqraf.com-a Bakı Tikiş Evi ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

Onun sözlərinə görə, hələlik məktəbli formaları əvvəlki qiymətlərə satılır: “Ötən il vahid məktəbli geyimlərinin satışında 7 faiz bahalaşma olmuşdu. Hələlik ötənilki qiymət qalır. Manatın məzənnəsi stabil olduğundan qiymət dəyişikliyi barədə düşünmürük”.

Etibar Əzimov məktbəli geyimlərinin qiymətini də xatırladıb.

O qeyd edib ki, məktəbli formaları aşağı siniflər üçün 40, yuxarı siniflər üçün 46 manatdır: “Yeni tədris ilinin başlanmasına yaxın müraciətlərin sayı aratcaq. Hələlik valideyn və uşaqlar istirahətdədir. Müştərilərimiz azdır.

Bakı, Sumqayıt və Xırdalan ərazisində filialımız var. Məktəbli geyimlərinə kimin ehtiyacı varsa, yaşadığı əraziyə yaxın mağazalardan da ala bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...