Sürücülərdən "Satılır" elanına MARAQLI REAKSİYA: ""Satıram" sözünü qoyub rahat da satıram"

Sürücülərdən "Satılır" elanına MARAQLI REAKSİYA:

Azərbaycanda öz maşınına "Satılır" elanı yazanların cərimələnəcəyi ilə bağlı xəbərə vətandaşlar öz fikirlərini bildiriblər. Gundeminfo.az xəbər verir ki, baku.ws paytaxt sakinləri arasında sorğu keçirib.

Sorğuda iştirak edən bir neçə nəfərin rəyi fərqli olub: "Niyə mən hər dəfə maşın bazarına getməliyəm. Hər dəfə maşın bazarına girəndə qapıda məndən 15 manat alırlar. Hələ bilmirəm, satacağam, yoxsa yox. Bunun nəyi pisdir ki? "Satıram” sözünü qoyub rahat maşınımı satıram. Marşrutlarda min dənə reklam var. Onlara bir söz deyən yoxdur ”.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ötən gün bildirib ki, "Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi" qaydaların pozulmasına görə, fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
657 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...