Azercell liderliyini qoruyur

Azercell liderliyini qoruyur


Abunəçilərinə göstərdiyi keyfiyyətli xidmət ilə rabitə bazarının lider mobil operatoru adını qazanan Azercell 4,5 milyonluq abunəçi ailəsinin etimadını doğrultmağa davam edir. Şirkətin Müştəri Xidmətləri təmsilçiləri sosial şəbəkələrdə də abunəçilərinə yüksək xidməti ilə seçilir.Təsadüfi deyil ki, Azercell 2017-ci ilin ikinci rübündə də rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100%-ni cavablandırıb. Gün ərzində abunəçilərin ünvanladığı çoxsaylı sualları operativ şəkildə cavablandırdığına görə Azercell növbəti dəfə “Socially devoted” sertifikatına layiq görülüb.

Regionda ilk dəfə olaraq məhz Azercell öz Facebook səhifəsində Sosial Müştəri Xidmətlərini istifadəyə verib. Bu xidmət vasitəsilə abunəçilər onları maraqlandıran suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırır və vaxtlarına qənaət etmiş olurlar.

Azercell bu uğuru Twitter sosial şəbəkəsində də təkrarlayıb və 2017-ci ilin ikinci rübü üçün 81% nəticə ilə bütün rəqiblərini geridə qoyub. Azərbaycanda mobil operatorlar arasında yalnız Azercell bu uğura imza atıb. Məlumat üçün bildirək ki, şirkət ilk dəfə yerli şirkətlər arasında 2012-ci ildə Twitter rəsmi “verified” (təsdiqlənmiş) statusunu alıb. Hal-hazırda Azercell-in Twitter-də 110 000 artıq izləyicisi var və bu göstəriciyə görə də Azercell Azərbaycandakı şirkətlər və mobil operatorlar arasında birincidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
808 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...