Cinsiyyətini dəyişdirənlər əsgər aparılacaq - Təklif rədd edildi

Cinsiyyətini dəyişdirənlər əsgər aparılacaq -

Cinsiyyətini dəyişdirən ABŞ vətəndaşları üçün hərbi xidmət ləğv olunmayıb.

AzVision.az-ın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mattis deyib. O, bildirib ki, məsələ ilə bağlı mütəxəssislərdən ibarət işçi qrupu yaradılıb.

“Mütəxəssislər rəy verənə qədər cinsiyyətini dəyişdirənlər orduda xidmət edəcəklər. Yekun rəydən sonra bu barədə Milli Kəşfiyyat Agentliyinə məruzə edəcəyəm. Yalnız bundan sonra prezidentə təlimatın tətbiq olunub-olunmayacağı barədə tövsiyələrimi çatdıracağam”.

Qeyd edək ki, cinsiyyətini dəyişdirənlərin ABŞ ordusunda xidmət etməsi Barak Obama dövründən tətbiq olunur. Yeni prezident Donald Tramp isə buna qarşıdır. ABŞ prezidenti bu səbəbdən Pentaqona transekssualların orduya çağırılmaması ilə bağlı tapşırıq verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
827 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...