Gürcülər ermənilərin torpaq iddialarına qarşı etiraz etdi
Azərbaycan və Türkiyə ilə yanaşı Gürcüstan da ermənilərin əsassız ərazi iddiaları ilə dəfələrlə üzləşib. AzVision.az "Alıq.ge" saytına istinadən xəbər verir ki, XX-ci əsrin əvvələrində torpaq tələbi ilə çıxış edən erməni-daşnaq separatçı quldur dəstələri Osmanlı ərazisində törətdikləri vəhsilikləri və vandalizmi Qafqazda da təkrar etməyə nail oldular.
Həmin dövrlərdə minlərlə gürcüstanlı dinc əhali, kəndlər, mədəniyyət abidələri erməni qəddarlığının qurbanı oldu, on minlərlə vətəndaş yurd-yuvasından didərgin düşdü. Sovet dövründə də qonşu respublikalar, o cümlədən Gürcüstana qarşı ərazi iddiaları səngimədi. Sovet ittifaqı dövründə qanlı hadisələr yaşanmasa da ermənilər bəzi əraziləri gürcülərdən qoparmağa nail oldular və bu istiqamətdə ermənilərin fəaliyyəti bu gün də davam edir. Bir neçə gün əvvəl Tiflisdə ermənilərə qarşı keçirilən etiraz aksiyası da deyilənlərə əyani sübütdur.
Rus dilində yayımlanan Alıq.ge saytının yaydığı məlumatda deyilir ki, “Hökumət binasının yaxınlığında “Ermənistan işğalının leqallaşdırılmasına yox” şüarı altında “Gürcü Millətçi mədəniyyəti” təşkilatı etiraz aksiyası keçirib. Etiraz aksiyasının təşkilatçılarından biri Georqi Çelidze bildirib ki, Gürcüstan daim ərazilərini qonşu ölkələrə paylayır. İndi isə növbə çatıb Xuçap monastırı və onun ətrafındakı meşələrə.” Bu məsələnin leqallaşdırılması istiqamətində Gürcüstan XİN-i tərəfindən işlərin aparılması və həyata keçirilən demarkasiya prosesi nəticəsində Xuçap monastırının və onun ətrafındakı ərazilərin Ermənistana aid edilməsi aksiya iştirakçılarının qəzəbinə səbəb olub.
Maraq doğuran və sevindirici hal odur ki, Gürcüstanda torpaq iddiası ilə ermənilərin törətdikləri vəhşilikləri hələ də unutmayanlar və bunun gələcəkdə də təkrarlanmaması üçün çalışan proqresiv düşüncəli insanlar yetərincə var.
790 dəfə oxundu