Qiymətləri tənzimlənmiş dərmanların fərqli qiymətə satışı qadağandır - Nazirlik

Qiymətləri tənzimlənmiş dərmanların fərqli qiymətə satışı qadağandır -

"Dərman vasitələri haqqında" qanununa əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışı qadağandır.

Bu barədə APA-ya İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumatda qeyd edilib ki, dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən aşağı və ya yuxarı qiymətlərlə satışına görə İnzibati Xətalar Məcəlləsində vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək, hüquqi şəxslərə 3000 manatdan 5000 manatadək cərimə nəzərdə tutulur.

İstehlakçılara dərman alarkən qiymətlərə diqqət yetirməyi, dərman vasitələrinin dövlət tərəfindən təsdiq olunmuş qiymətlərdən fərqli qiymətlərlə satışı halları ilə rastlaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
869 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...