Korrupsiyaya qarşı mübarizə subyektlərinin əhatə dairəsi genişləndirilir

Korrupsiyaya qarşı mübarizə subyektlərinin əhatə dairəsi genişləndirilir

Azərbaycanda korrupsiya hüquqpozmaları ilə mübarizə subyektlərinin əhatə dairəsi genişləndirilir. APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində Azərbaycan Prezidenti tərəfindən təqdim olunmuş “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılır.

Layihəyə əsasən, yerli özünü idarəetmə orqanları, bu orqanların rəhbər və işçi şəxsləri, o cümlədən burada xüsusi səlahiyyət üzrə təşkilati sərəncam verici və inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər də korrupsiya hüquqpozmalarının subyektləri hesab olunacaq.

Bununla korrupsiya ilə mübarizə bələdiyyə orqanlarını da əhatə edəcək. Layihə komitənin sentyabrın 12-də keçiriləcək iclasında müzakirə olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
871 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...