Təhsil Nazirliyinin "tibb bacısı" diplomu verdiyi oğlan danışdı: "Məni niyə söyürsünüz?"

Təhsil Nazirliyinin "tibb bacısı" diplomu verdiyi oğlan danışdı:

Sosial şəbəkələrdə maraqlı foto yayımlanıb. GUNDEMİFO.AZ yazır ki, AZXEBER.COM-un məlumatına görə, Lənkəran Tibb Kollecini bitirən oğlan tələbəyə "tibb bacısı" diplomu verilib. Quluzadə Anar Faiq oğlunun diplomu mediada geniş yayımlanıb və istifadəçilər onu təhqir ediblər.

O məsələylə bağlı portalımızla əlaqə saxlayıb və deyib ki, burada texniki qüsur olub: "Mənim diplomuma "tibb bacısı" yazılıb. Bu diplomu Təhsil Nazirliyi təsdiqləyib. Çox təəsüf ki, sosial şəbəkədə yalnız mənim diplomum paylaşılıb, əslində isə mənim tanıdığım 10-15 oğlan var ki, onlara da bu formada diplom verilib".

Anar Quluzadə deyib ki, o əslində "feldşer"dir və bu işi görən çoxsaylı oğlan var: "Burada ayıb iş görmürəm, məni təhqir edənlərin çoxunun anasını, bacısını, həyat yoldaşını müalicə edirik, ilkin tibbi yardım göstəririk. Bu ayıb deyil, ixtisasımla qürur duyuram"

Həmin fotonu təqdim edirik:


Təhsil Nazirliyinin "tibb bacısı" diplomu verdiyi oğlan danışdı:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1389 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...