Deputat Çingiz Qənizadə Şeyxin qudasının həbsi üçün məhkəməyə müraciət etdi

Deputat Çingiz Qənizadə Şeyxin qudasının həbsi üçün məhkəməyə müraciət etdi

Milli Məclisin deputatı Çingiz Qənizadə sabiq deputat, Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadəyə qarşı sikayət ərzisini bu gün Sabunçu Rayon Məhkəməsinə təqdim edib.

Bu barədə Modern.az-a Ç.Qənizadənin vəkili Raqif Mustafayev məlumat verib. O, bildirib ki, müvəkkili xüsusi ittiham qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət edib. “Çingiz Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həbsini istəyir”.

R.Mustafayev bildirib ki, Q.Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç.Qənizadəyə qarşı böhtan xarakterli fikirlərin səsləndirməsi olub. Vəkil qeyd edib ki, məhkəmənin keçirilməsi vaxtı barədə jurnalistlərə əvvəlcədən məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
804 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...