Gürcüstandan azərbaycanlı hicablı şagirdlə bağlı RƏSMİ AÇIQLAMA "olmaz"

Gürcüstandan azərbaycanlı hicablı şagirdlə bağlı

Gürcüstan parlamentinin Təhsil, elm və mədəniyyət məsələləri üzrə komitəsinin sədri Mariam Caşi Telavi rayonunun Qaracala kənd məktəbində hicabla bağlı yaranmış insidentə münasibət bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, komitə sədri bildirib ki, məktəb dindən azad olmalıdır: “Qanunvericilik və subyektiv mövqe ondan ibarətdir ki, məktəb siyasət və dindən azad olmalıdır”.

Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası isə Qaracala məktəbində hicabla bağlı problemi araşdırmağa başlayıb. Təşkilat məsələ ilə bağlı Ombudsman Aparatına müraciət edəcək. Qeyd edək ki, adıçəkilən məktəbin direktoru hicablı 7-ci sinif şagirdini məktəbə buraxmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...