“Azərsu” yollarda subasmalar olmayacağını vəd etdi

“Azərsu” yollarda subasmalar olmayacağını vəd etdi

Sentyabrın 27-dən etibarən Bakıda hava şəraiti kəskin dəyişib, temperatur aşağı enib, gecədən başlayaraq intensiv yağış yağır. Yağışların yağması Bakının ənənəvi problemini də özü ilə gətirib: iri gölməçələr, keçilməz yollar...

Görəsən, Bakı yağış sularını axıtmağa yenə hazır deyilmi?...


“Azərsu” Açıq Səmhdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Modern.az-a bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu il hazırlıq işləri kompleks şəkildə həyata keçirilib:

“Payız-qış mövsümündə əsasən yağış-kanalizasiya ilə bağlı problem yaşana bilir. Hazırlıqlarımız davam edir. Kanalizasiya xətlərinin və quyularının, yağış barmaqlıqlarının təmizlənməsi işləri mütəmadi davam edir, payız aylarında bu işlər daha intensivləşir.
Yağış suları ilə bağlı nəzərdə tutulan 13 layihədən 8-də işlər yekunlaşıb. Cari ilin sonuna qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin tam başa çatdırılması planlaşdırılır. Bu da öz növbsəində həmi ərazilərədə yağəş və qrunt sularının qarşısını almağa imkan verəcək. Bir sözlə deyə bilərik ki, “Azərsu” ASC payız-qış mövsümünə hazırdır və qarşıdakı aylarda əməkdaşlarımız daha səylə çalışacaqlar”.

O qeyd edib ki, bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq:
“Eyni zamanda bir sıra göllərdə suyun səviyyəsinin tənzimlənməsi göllərin daşması və yaşayış evlərinə ziyan vurması təhlükəsini aradan qaldıracaq. Taşağıl gölü, Yasamalda Əhməd Cəmil, Dadaş Bünyadzadə küçələrində. Binəqədi yolu, Böyükşor gölü, Dərnəgül yolundakı Ziya Bünyadov prospektində işlərin 80 faizi yekunlaşıb. Oktyabr ayına qədər işlər tam yekunlaşacaq ki, növbəti yağış mövsümündə subasma halları baş verməsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
807 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...