Gəncə Baş Polis İdarəsi “İmamzadə” Ziyarətgah Kompleksində yaşanan insidentə aydınlıq gətirib
Aşura mərasimi ilə əlaqədar Gəncə şəhərindəki “İmamzadə” Ziyarətgah Kompleksinə gələcək vətəndaşlarımızın təhlükəsizliyini və eləcə də onların məscidə maneəsiz giriş-çıxışını, rahat şəraitdə öz dini ayinlərini yerinə yetirmələrini təmin etmək məqsədilə şəhər axundunun təklifi və razılığına, eləcə də şəhərin Baş Polis İdarəsində əvvəlcədən hazırlanmış “Tədbirlər Planı”na uyğun olaraq əlverişli hərəkət marşrutları müəyyən edilib, qadın və kişilərin fərqli girişlərdən istifadə etməklə ayrı-ayrılıqda ibadət etmələri qərara alınıb.
Gəncə Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu barədə ərazidə xidmət aparan polis əməkdaşları da təlimatlandırılıb.
Mərasimlə əlaqədar məscidə gələn insanlar tətbiq edilən qaydalara tam uyğun olaraq orada öz dini ayinlərini icra ediblər. Lakin sentyabrın 30-da saat 22 radələrində ziyarətgaha daxil olan insanların coxluğundan əsəbiləşən bir qrup, nəzərdə tutulmuş girişdən imtina edərək, məscidə başqa yerdən daxil olmağa cəhd göstəriblər. Nəticədə, insanların hərəkəti qısa müddətli olsa da çətinləşib, xüsusən qadınlar üçün ayrılmış giriş-çıxışlarda çətinlik yaranıb. Polis əməkdaşları bu cəhdin qarşısını alaraq onları məsciddə tətbiq edilən nizam-intizam qaydalarına və digər ziyarətçilərin hərəkətlərinə mane olmamağa dəvət ediblər. Bu zaman qayda pozanlarla polislər arasında insident yaranıb. Orada olan nüfuzlu dindarların da yaxından iştirakı ilə 5-7 dəqiqə ərzində insidentin qarşısı alınıb, asayiş tam bərpa edilmiş, inanclı insanlar rahat və təhlükəsiz şəraitdə öz dini ayinlərini sonadək icra ediblər.
Qeyd olunan hadisə ilə bağlı zəruri araşdırmalar aparılır.
896 dəfə oxundu