Metro istifadəçilərinə şad xəbər - bu stansiyada təmir işləri yekunlaşdı

Metro istifadəçilərinə şad xəbər -
Metronun “Nizami” stansiyasında başlanan uzunmüddətli əsaslı təmir və bərpa işləri başa çatıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, stansiya yenilənmiş görkəmdə istifadəyə verilib: "Bir ilə yaxındır davam edən bu tədbirlər sərnişinlərin gediş-gəlişini tam məhdudlaşdırmadan bir neçə mərhələdə aparılıb. “Bakı Metropoliteni” QSC-nin daxili vəsaiti hesabına həyata keçirilən təmir işləri çərçivəsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platformaaltındakı sonradan quraşdırılan arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar müasir tələblərə uyğun təmir olunub. Stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələri bərpa olunub".

Məlumatda bildirilir ki, 1976-cı il dekabrın 31-də istifadəyə verilən stansiya geoloji cəhətdən mürəkkəb ərazidə yerləşir. Həmin müddətdə stansiyanın yol divarlarında istismar müddətini başa vurmuş mərmər üzlüklər dəyişdirilib. Yeri gəlmişkən, hazırda istifadədə olan mərmər üzlüklərin ömrü 15-20 ildir. Təmirdən əvvəlki mərmərlər isə bu müddəti üçqat başa vurmuşdu. Əksər yerlərdə üzlüklərin üzərində çatlar, ləkələr əmələ gəlmiş, rəngləri solmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...