Ermənistanda iyrənc olay: Əsgər xidmət yoldaşını zorlayıb

Ermənistanda iyrənc olay:

Ermənistanın İcevan rayonunda yerləşən hərbi hissədə baş verən ölüm hadisəsinin birinci instansiya məhkəməsi keçirilib. Cinayət işində iki nəfər şübhəli bilinir. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ittihama əsasən, hərbi qulluqçu Paryur Hakopyan 2016-cı ilin martın 11-dən 12-ə keçən gecə əsgər Qevorq Asoyanın üz nahiyəsinə zərbələr endirib. Nəticədə sonuncunun sol gözü ciddi zədə alıb.

Həmin hərbi hissədə xidmət edən digər müddətli hərbi qulluqçu Mher Melikyan isə davamlı olaraq əsgər Qevorq Asoyanın şərəf və ləyaqətini alçaldıb. Yatdığı vəziyyətdə Qevorq Asoyana qarşı alçaldıcı hərəkətlər edən Melikyan sonuncu dəfə ondan bacısının mobil telefon nömrəsini verməyi tələb edib. Ancaq əsgər ona başqa şəxsin nömrəsini verib. Bundan qəzəblənən Melikyan əsgər Asoyanı zorlayıb.

Asoyan 1 aprel 2016-cı il tarixində döyüş mövqeyində ona təhkim edilmiş pulemyot silahı ilə ağız nahiyəsindən atəş açmaqla intihar edib. Baş verən əsgər ölümünə görə Paryur Hakopyanın 2 il, Mher Melikyanın isə 3 il müddətinə azadlıqdan məhrum edilməsi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1038 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...