Ədəbi dilin normalarını pozanlar cərimələnəcək - AMEA təklif hazırlayır
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ədəbi dilin normalarının pozulmasının qarşısının alınması ilə bağlı cərimə tətbiq edilməsi üçün təkliflər hazırlayır.
AzVision.az xəbər verir ki, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.
O, qeyd edib ki, bununla bağlı Nəsimi adına Dilçilik İnstitutunun tərkibində olan Monitorinq Qrupuna təkliflərin hazırlanaraq təqdim olunmasının tapşırıldığını deyib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında ədəbi dil normalarının pozulmasına cərimə tətbiq olunmasının vacibliyindən danışıb:
"Problemləri aradan qaldırmaq üçün bir neçə addımın atılması vacibdir. Bu gün media orqanlarının yaradılması üçün hər hansı maneə yoxdur. Ona görə də indiki halda media yaradanların üzərinə daha böyük məsuliyyət qoyulmalıdır. Mətbuatda Ana dilindən istifadə sahəsində nöqsanlara son qoyulmalıdır. Qanunvericilik tələblərinə riayət edilməsinə də xüsusi diqqət yetirilməlidir. Məsələn, Fransada Ana dili normalarının pozulmasına görə böyük cərimə nəzərdə tutulur. Bunu Azərbaycanda da tətbiq etmək olar".
796 dəfə oxundu