Bakıda görünməmiş qanunsuzluq: yol polisi parkomatın yanından maşınları apardı - VİDEO

Dövlət Yol Polisi İdarəsinin Bakıda Cavanşir körpüsünün yaxınlığında yerləşən cərimə meydançasının əməkdaşları maşınları qeyri-qanuni şəkildə meydançaya aparırlar.

Lent.az-ın məlumatına görə, Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində Bakı Şəhər İcra Hakimiyyətinin quraşdırdığı parkomatların yanından 10-dan çox avtomobil qanunsuz olaraq cərimə meydançasına aparılıb. Sürücülər bildirir ki, müvafiq dövlət qurumun icazəsi ilə qoyulmuş parkomatların yanında maşınlarını saxlayıb dayanacaq pulunu ödəsələr də, evakuatorlar maşınlarını cərimə meydançasına aparıb. Onlara isə bildirilib ki, parkomat qanunsuz qoyulub.
Bakıda görünməmiş qanunsuzluq:


Bakı şəhər İcra Hakimiyyətinin hadisə yerində olan əməkdaşları da bildirib ki, maşınları cərimə meydançasına aparan şəxslər qanunsuzluq ediblər: “Bizim burada parkomatlarımız var. Maşın saxlamaq qanunidir. Lakin maşınları aparanlar iddia edir ki, parkomat qanunsuz qoyulub. Gülməli vəziyyət yaranıb”.

Qeyd edək ki, maşınları qanunsuz şəkildə cərimə meydançasına aparan evakuatorun dövlət nömrə nişanı 90 JM 008-dir.

Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a açıqlama verib. O bildirib ki, hardasa parkomat qoyulubsa, o demək deyil, orada maşın saxlamaq olar: “Ola bilsin ki, parkomat düzgün qoyulmayıb. Mən indi bu məsələdən xəbərsizəm”.


YPX rəsmisinin sözlərinə görə, cərimə meydançasından ona bildiriblər ki, həmin ərazidən yalnız piyada keçidin üzərində olan avtomobillər götürülüb. (Videodan görünür ki, bu, belə deyil).

Vaqif Əsədov qeyd edib ki, həmin sürücülər cərimə meydançasına yaxınlaşıb, avtomobillərinin niyə aparılmasını öyrənə bilərlər: “Həmin sürücülər cərimə meydançasına yaxınlaşsın. Onlara maşınları şəkillərini göstərəcəklər və niyə aparılmasını izah edəcəklər”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
975 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...