Almaniyada Klinikada şok hadisə - Yalnışlıqla xəstənin böyrəyini çıxarıblar

Almaniyada Klinikada şok hadisə -

Almaniyada yaşayan 18 yaşlı Kərim Ramazan Uçar dalaq əməliyyatı üçün getdiyi klinikada böyrəyinin çıxarıldığını iddia edir. Moderator.az xəbər verir ki, Anadolu Agentliyinə müsahibə verən Uçar irsi qan xəstəliyinin müalicəsi üçün müraciət etdiyi klinikada yalnışlıqla böyrəyinin çıxarıldığını bildirib.

O, dalağının çıxarılması üçün oktyabrın 4-də klinikaya gedib. Həkimlər ona bunun çox asan bir əməliyyat olduğunu deyiblər: “ Mənə iki gün sonra xəstəxanadan çıxacağımı bildirmişdilər. Ancaq əməliyyatdan sonra vəziyyətim daha da pisləşdi. Əməliyyatdan üç gün sonra öyrəndim ki, mənim dalağımı deyil, böyrəyimi çıxarıblar. Mən indi bundan sonra dalaq əməliyyatı olunmalıyam”.

Gəncin atası Səlçuq Uçar yalnış əməliyyatla oğlunun səhhətinə ciddi ziyan vurduqlarını bildirərək klinikanı və həkimləri məhkəməyə verdiklərini deyib. Klinikanın rəhbərliyi və əməliyyatı həyata keçirən həkimlər bu iddialara cavab verməyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
986 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...