“Azərbaycanda borca görə həbslərə tezliklə son qoyulacaq”
Məlum olduğu kimi, kreditor borcları ödəməkdən qəsdən yayınmaya görə cəzalar sərtləşdirilir. Bununla bağlı Cinayət Məcəlləsinin 196-cı maddəsininin (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) 196.1 və 196.2-ci bəndlərinə dəyişiklik təklif edilir.
Dəyişikliklərdə qeyd olunur ki, vətəndaş borcu qəsdən ödəməməklə xeyli miqdarda ziyan vurduqda, vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Külli miqdarda ziyan vurduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, hazırkı qanunvericiliyə görə, borcla bağlı həbs cəzası İnzibati Xətalar Məcəlləsinə görə, maksimum bir ay, Cinayət Məcəlləsinə görə maksimum 5 ay ola bilər: “Bu təhlükə yalnız o halda ola bilər ki, borclu borcu ödəməkdən qəsdən yayınır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarını icra etmir. Yəni vətəndaşın banka borcu var, bank onu məhkəməyə verib, birinci instansiya məhkəməsinin, Apelyasiya Məhkəməsini və Ali Məhkəməni də udub ki, bu vətəndaşın banka filan qədər borcu var və ödəməlidir. Belə məhkəmə qərarı artıq varsa, vətəndaş isə qəsdən həmin borcu ödəmirsə, bu halda həbs ola bilər. Bəziləri elə bilirlər ki, elə borcu varsa, bu dəqiqə evinə gəlib onu həbs edə bilərlər. Əsla belə deyil. Yalnız o halda ki, bank borclunu məhkəməyə verməlidir, udmalıdır, bundan sonra qəsdən ödəməzsə, həbs oluna bilər”.
Ekspertin sözlərinə görə, Konstitusiya Məhkəməsinin qərarı var ki, orada məhkəmə qərarlarının qəsdən icra olunmamasının şərhi verilib: “Qeyd edilib ki, qəsd anlayışı eyni zamanda imkanın olmasını ehtiva edir. Yəni vətəndaşın imkanı, əmlakı var, gəliri var, ancaq ödəmir. Əmlakı var dedikdə elə əmlak başa düşülür ki, ona toxunmaq mümkündür. Əgər vətəndaşın bir evi varsa o istənilən halda sayılmayacaq. Qanunvericiliyimizə görə, istənilən halda bir ədəd evi vətəndaşın əlindən ala bilməzlər. Borclunun məişət ev əşyaları da burada əmlak hesab olunmur, çünki həmin əşyalarsız yaşaya bilməz. Bundan savayı, borclunun avtomobili, torpağı, qızılı olarsa, bu halda hesab olunar ki, əmlakı var, lakin ödəmir. Həmçinin, gəlir dedikdə də vətəndaşın pensiyası və ya maaşı nəzərdə tutulmur. Əgər vətəndaşın əmək haqqı onun yaşayış minimumundan çoxdursa, o halda sayılacaq ki, borcu ödəmək üçün kifayət qədər gəliri var. Ancaq praktikada o da məlumdur ki, icra məmurları pensiyanı və ya əməkhaqqını heç vətəndaşdan soruşmadan tuturlar. Bu vəsaitlər bank vasitəsilə verildiyi üçün birbaşa həmin bankdakı hesabdan çıxırlar”.
Ə.Həsənovun sözlərinə görə, icra məmurları, istintaq orqanları sübut etməlidirlər ki, borclunun filan qədər əmlakı var, lakin onu borcun ödənilməsinə yönəltmək istəmir: “Bu sübut olunsa, vətəndaşı azadlıqdan məhrum etmək olar. Lakin birinci dəfə inzibati qaydada həs oluna bilər, maksimum 1 aylıq. Əgər eyni əməli yenidən təkrarlayarsa, o halda Cinayət Məcəlləsinə görə, həbs oluna bilər. Təəssüf ki, bəzi hallarda icra məmurları heç vətəndaşın əmlakının olub-olmadığını müəyyən etmirlər. Sadəcə, məhkəməyə təqdimat verirlər ki, vətəndaş qəsdən qərəzli şəkildə, heç bir üzrlü səbəb olmadan borcu ödəmir. Yəni məhkəmənin qanuni qüvvəyə minmiş qərarını guya icra etmir. Təəssüf ki, bəzi məhkəmələrimiz də bu halda vətəndaşları inzibati , bəzi hallarda isə cinayət məcəlləsi ilə həbs ediblər. Artıq belə bir hal baş verib və mən onunla bağlı şikayət ünvanlayacağam. Nə icra məmurunun təqdimatında, nə məhkəmənin qərarında deyilmir ki, vətəndaşın qəsdi, qərəzli olması nədə ifadə olunur. Borclunun nə əmlakı var idi ki, vermədi? Heç bir əsas yoxdur. İcra məmurları hətta özlərinə əziyyət verib müvafiq dövlət orqanlarına sorğu da vermirlər ki, vətəndaşın nə əmlakı var. Bu halda Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə müraciət etmək olar ki, borclunun bir evdən əlavə nəyisə var, ya yox. Daxili İşlər Nazirliyinə sorğu verməlidirlər ki, onun avtomobili varmı, Vergilər Nazirliyinə sorğu verilməlidir ki, bu adam vergi ödəyirmi? Vətəndaş vergi ödəmirsə, deməli, onun qazancı, əməkhaqqı yoxdur. Lakin bu hallar geniş yayılmayıb, yalnız ona görə edirlər ki, digər vətəndaşları qorxutsunlar, vətəndaşın bir evi də varsa, qorxusundan gedib onu satsın. Halbuki qanuna görə, həmin evi onun əlindən ala bilməzlər. Və ya qohumlardan, tanışlardan borc alsın. Bəzi hallarda isə elə olur ki, borclu gedib ya kimisə öldürür, ya da özünə qəsd edir”.
Hüquqşünas onu da diqqətə çatdırdı ki, rəhbərlik etdiyi Antikollektor bank borcuna görə hüququ pozulanları müdafiə etməklə məşğuldur: “Bu kimi hallarla bağlı mən ötən ildən elan etmişdim ki, Antikollektor yaratmışam və borca görə qanun həbs olunan insanları pulsuz müdafiə edəcəyəm. Avropa Məhkəməsinə kimi onların işini aparacağam. Ötən il mənə bir çox müraciətlər oldu, bəziləri məhkəmə qərarından şikayət vermək üçün vaxtı ötürmüşdülər deyə biz heç nə edə bilmədik. Ancaq müraciət edən vətəndaşlardan 4-nün işini Apelyasiya Məhkəməsinə verdim, təəssüf ki, Apelyasiya Məhkəməsi də həbs qərarını qüvvədə saxladı. Birinə 10, digərinə 15 sutkalıq həbs vermişdilər. Sonradan mən həmin işlər əsasında Avropa Məhkəməsinə şikayət verdim. İnsan Haqları üzrə Avropa Konvensiyasının 4-cü protokolunun I maddəsində deyilir ki, heç kim borcu ödəmək iqtidarında olmadığına görə, həbs oluna bilməz. Azərbaycan da həmin Konvensiyaya qoşulub. Amma indiyə kimi İnsan Haqları üzrə Avropa Məhkəməsi həmin maddəni heç bir Avropa dövlətinə qarşı tətbiq etməyib, ümumiyyətlə, Avropa Məhkəməsinin praktikasında belə işlər olmayıb. Çünki heç bir Avropa dövlətində borca görə vətəndaşları həbs etmirlər. Biz yeganə dövlətik ki, belə hallara yol veririk. Ötən il mənə təsdiq gəldi ki, bizim 3 şikayət Avropa Məhkəməsində qəbul olunub. Bütün bu 3 iş eyni icraatda birləşdirilib, bir proses kimi baxılacaq. Artıq iş başlayıb, Avropa Məhkəməsi Azərbaycan hökumətindən bu işlər üzrə izahatın verilməsini xahiş edib və 16 yanvar 2018-ci ilə qədər vaxt qoyub. Dövlətimiz həmin vaxta qədər bu işlərə münasibət bildirməlidir, daha sonra bu münasibət Avropa Məhkəməsi tərəfindən mənə göndəriləcək, imkan veriləcək ki, mən də münasibət bildirim. Bundan sonra gələn il Avropa Məhkəməsi bu işlər üzrə qərar çıxacaq. Böyük ehtimalla Azərbaycan dövlətinin əleyhinə çıxaracaq. Həbs olunan vətəndaşlara da dövlət tərəfindən müəyyən kompensasiya ödənilməli olacaq. Bütün bunlar mənə onu deməyə əsas verir ki, yaxın vaxtlarda Azərbaycanda bu həbslərə son qoyulacaq”. \\musavat.com\\
805 dəfə oxundu