"Unibank"ın zərəri 11 mln. manata çatır

"Unibank"ın zərəri 11 mln. manata çatır

"Unibank" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin III rübündə 604,823 mln. manat təşkil edib ki, bu da ötən illə müqayisədə 16,88% azdır. Bankdan "APA-Economics"ə verilən məlumata görə, kredit portfelinin həcmi hesabat dövründə 280,613 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 36,55% azdır. Hesabat dövründə kreditlərin 60%-i və ya 168,368 mln. manatı fiziki şəxslərə verilib.

Oktyabr ayının 1-nə bankın depozit portfelinin həcmi 2,8% artaraq 377,262 mln. manata, öhdəliklərinin həcmi isə 14,68% azalaraq 561,833 mln. manata bərabər olub.

Maraqlıdır ki, bank nizamnamə və məcmu kapitalını açıqlamayıb. Hesabat dövründə bankın gəlirləri 49,18% artaraq 59,330 mln. manata, xərcləri isə 2,57 dəfə artaraq 55,709 mln. manata yüksəlib. Bu ilin 9 ayında bank 14,376 mln. manat ehtiyatlar üzrə ayırmalara yönəldilib.

"Unibank" rübü 10,755 mln. manat məbləğində zərərlə başa vurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
914 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...