Ərdoğan Azərbaycana yola düşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradan Azərbaycana yola düşüb.
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onu Esenboğa hava limanından Bakıya dövlət və hökumət rəsmiləri yola salıblar.
Türkiyə prezidentinin Azərbaycana səfəri iki gün davam edəcək.
Qeyd edək ki, R.T.Ərdoğan bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Gürcüstanın Baş naziri Georgi Kvirkaşvili ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilk səfərinin açılış mərasiminə qatılacaq.
Oktyabrın 31-də isə Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında ikitərəfli görüş keçiriləcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bölgədə və beynəlxalq aləmdə baş verən hadisələr müzakirə ediləcək. Eyni zamanda iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığa dair sənədlər imzalanacaq.
Bundan başqa, Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçiriləcək. Azərbaycan və Türkiyə prezidentləri iclasda iştirak edəcəklər.
R.T.Ərdoğanın Bakıya səfəri Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə təsadüf edir.
922 dəfə oxundu