Bank sektorunun balans kapitalı 3 mlrd. manatdan çoxdur - Palata

Bank sektorunun balans kapitalı 3 mlrd. manatdan çoxdur -

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 sentyabr 2017-ci il tarixinə cəmi aktivləri 26 mlrd. 163,6 mln. manat, cəmi öhdəlikləri isə 23,145 mlrd. manat təşkil edib

Maliyyə Bazarlarına Nəzarət Palatasından Gundeminfo.az-a verilən məlumata görə, sektorun balans kapitalı 3 mlrd. 18,6 mln. manat olub.

Hesabat dövrünə əhalinin əmanətləri 6 mlrd. 999,5 mln. manatdır.

Bankların filiallarının sayı 557, şöbələrinin sayı 142, ATM-lərin sayı 2486-dır.

Bütövlükdə, bank sektorunun işçi heyəti 16340 nəfər təşkil edib.

Hazırda ölkədə fəaliyyət göstərən 123 bank olmayan kredit təşkilatlarının 178 filialında 2324 nəfər işçi çalışır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...