Səhiyyə Nazirliyinin təsdiqlədiyi ölüm faktını, xəstəxana inkar etdi - MÜƏMMA

Səhiyyə Nazirliyinin təsdiqlədiyi ölüm faktını, xəstəxana inkar etdi -

Abşeron Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı əkizlərin ölməsi, ananın isə komaya düşməsi ilə bağlı məlumat yayımlamışdıq.

Məlumata görə, Aytac adlı qadın qeysəriyyə yolu ilə doğuş edərkən əkiz övladları tələf olub, özü isə komaya düşüb.

Cebhe.info əməkdaşı daha təfərrüatlı məlumat əldə etmək üçün xəstəxana ilə əlaqə saxlayıb. Zənglərimizə cavab verən xəstəxana əməkdaşı çox aqressiv şəkildə məlumatların yanlış olduğunu bildirib. O Aytac adlı xəstənin ümumiyyətlə, hamilə olmadığını, bir neçə ayın gəlini olduğunu bildirib: “Aytac adlı xanm hamilə deyildi. Bir neçə ayın gəlini olub, qanaxması vardı. Hər kim bu məlumatı yayıb, yalandı”.

Lakin xəstəxananın yalan deyə adlandırdığı bu məlumat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən də təsdiqlənib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səfayə Əhmədova Cebhe.info-ya açıqlamasında avqustda ailə həyatı quran 22 yaşlı Aytac Qorxmaz qızı Tapdıqovanın hamilə olduğunu deyib:

“Döl tək olub. Güclü qanaxma ilə xəstəxanaya gətirilib. Döl ölü olub. Döl götürülüb, qadının vəziyyəti çox ağırdır”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1049 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...