Əfqanıstan prezidenti Bakıya gəlir

Əfqanıstan prezidenti Bakıya gəlir

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Diplomatik mənbə bildirib ki, Əfqanıstan prezidentinin Bakıya səfəri noyabrın 30-da baş tutacaq.

Məlumata əsasən, M.Ə.Qani 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçiriləcək "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında iştirak edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...