Ermənistanda zabitlər xidmətdən boyun qaçırırlar, üç əsgər isə intihara cəhd edib

Ermənistanda zabitlər xidmətdən boyun qaçırırlar, üç əsgər isə intihara cəhd edib

Ermənistan ordusunun məzuniyyətdə olan zabitləri də artıq xidmət yerinə qayıtmaq istəmir və müxtəlif bəhanələrlə xidmətdən yayınmağa çalışırlar.

"Report"un məlumatına görə, Ermənistan silahlı qüvvələrinin tabor komandirinin müavini Levon Babayan məzuniyyətdən qayıtmadığı üçün həbs edilib.

Bu arada Ermənistanda sosial şəbəkə istifadəçiləri belə bir məlumat da paylaşıblar ki, hərbi xidmətə yeni çağırılan 38 zabitdən 13-ü orduda xidmət etmək istəmədikləri üçün cəzalandırılıblar və xidmət yerləri başqa hərbi hissəyə dəyişdirilib.

Bundan başqa, işğalçı ordunun əsgərləri xidmətin çətinliklərinə dözməyərək özlərinə xəsarət yetirirlər. Belə ki, Karen Arekelyan adlı hərbi qulluqçu döyüş postunda atəş açaraq ayağından özünə xəsarət yetirib. Özünə qəsd edən ermənistanlı əsgərlər Qarens Nazaryan və Samvel Sahakyan isə hospitala yerləşdiriliblər.

Hadisələrlə bağlı araşdırma aparılsa da, məlumatlar ictimaiyyətdən gizlədilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
935 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...