Elmar Məmmədyarov: “Azərbaycan, Pakistan və Türkiyə strateji tərəfdardır”

Elmar Məmmədyarov: “Azərbaycan, Pakistan və Türkiyə strateji tərəfdardır”

“Pakistan və Türkiyə xarici işlər nazirləri ilə ilk üçtərəfli görüşümüz intensiv məsələhətləşmələrlə nəticələndi”.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov pakistanlı və türkiyəli həmkarları ilə keçirilən görüşdən sonra deyib. O bildirib ki, imzalanan Bakı bəyannaməsi gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır: "Hər iki ölkə ilə strateji tərəfdaşıq. Müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etdik. Siyasi baxımdan ölkələrimiz eyni mövqedədir. İqtisadi və ticari əlaqələrin inkişafının vacibliyini müzakirə etdik. Həmçinin, regionda olan münaqişələri müzakirə etdik və bildirdik ki, bunlar sabitlik və təhlükəsizliyə təhdiddir. Hərbi, terrorizmə qarşı mübarizə sahələrində müzakirə apardıq. Müdafiə sahəsində əməkdaşlığımız çox intensivdir. Nəqliyyat əlaqələri müzakirə mövzulardan biridir. Pakistana təklif etdik ki Azərbaycan və Türkiyənin bu sahədəki imkanlarından yararlansın. Xüsusilə Bakı-Tbilisi-Qarsı dəmir yolu xəttini nəzərdə tuturam.

Görüşdə ikitərəfli və üçtərəfli əsasda hava nəqliyyatının bərpasının vacibliyini qeyd etdik. Bu, ölkələr arasında turizm sahəsində böyük imkanlar yaradır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...