Bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar - Məleykə Abbaszadə

Bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar -


“Yazı işini yoxlayan insan olduqda bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar. Biz isə qiymətləndirməni elə tətbiq edirik ki, insan faktoru qiymətləndirməyə təsir etməsin”.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədi Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, imtahanlardakı yazı işlərinin yoxlanılması prosesinə insan faktoru iki formada təsir göstərə bilər: “Bunun biri o ola bilər ki, insan şüurlu şəkildə hansısa uşağa üstünlük verər. İkinci təsir odur ki, müllim özü duzgün insan olsa da, onun blik və bacarığı elədir ki, o, düzgün qiymətləndirməyi bacarmır. İki il müəllimlər yazı işlərinin yoxlanılması işinə cəlb olunanda belə təhlükə var idi ki, belə halların qarşısını necə almaq lazımdır. Biz yazı işinin yoxlanılmasına müəllimə bu prosesə təsir göstərmək imkanı verməyən xüsusi proqram təminatı tətbiq etdik. Bu sistemlə də müəllim bilmir ki, kimin işini yoxlayır”.

M.Abbaszadə qeyd edib ki, imtahanlarda nəzərdə tutulan yeni növ tapşırıqlar kompüterlə yoxlanıla billər.

DŞ-nın sədri əlavə edib ki, ənənəvi testlərin yoxlanılmasında heç bir insan amili iştirak etmir: “Biz 2 günə 30-50 min uşağın “Cavab kartlarını” oxuyaraq nəticələri internetlə elan edirik. İndi yeni növ tədris proqramlarında nəzərdə tutulan tapşırıqları kompüterlə yoxlanıla bilər. “Süni intellekt” yarandıqdan və geniş tətbiq olunduqdan sonra bu, mümkün olacaq. Amma o da süni intellekt tətbiqi olunduqdan sonra ilk dəfə olaraq, ingilis dili üzrə, daha sonra digər dillərə keçə biləcək. Bu isə bizdən asılı olmayan prosesdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
796 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...