Nizami Hacıyev: “Mən bu cəzaya layiq deyildim”

Nizami Hacıyev: “Mən bu cəzaya layiq deyildim”

“Evdən hələ indi çıxıram. Hansısa fikir bildirmək üçün hələ tezdi”.

Bu sözləri apasport.az saytına açıqlamasında “Keşlə”dən uzaqlaşdırılan Nizami Hacıyev deyib.

Azərbaycan Premyer Liqasının XIII turunda “Neftçi” ilə qarşılaşmadan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Hacıyev və komanda yoldaşı Mirhüseyn Seyidov dünən sərbəst buraxılıblar.

Məsələ ilə bağlı qısa fikir bildirən Hacıyev danışmaq istəmədiyini söyləyib: “Bilmirəm hansı oyunlar, kimin oyunları gedir. Bunu bilsəydim, nə dərdim olardı? Bu məsələlər barədə danışmaq üçün hələ tezdi”.

AFFA İntizam Komitəsi tərəfindən ömürlük futboldan uzaqlaşdırılan “Keşlə”nin sabiq kapitanı buna layiq olmadığını söyləyib: “Əsas harasa aparılmaq deyil, ömürlük futboldan getməkdi. Mən bu cəzaya layiq deyildim”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
910 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...